İtaliyayla qeyri-neft sektorunda da əlaqələr dərinləşməlidir – Deputat

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha göstərir.
Bunu Sosdem.az-a açıqlamasında Mİlli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
“Bu səfər siyasi dialoqun möhkəmlənməsinə, iqtisadi, enerji və mədəni əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək. Hesab edirəm ki, səfərin nəticələri həm Azərbaycan, həm də İtaliya üçün qarşılıqlı faydalı olacaq”, – millət vəkili əlavə edib.
MCP başqanı qeyd edib ki, bir çox sahələrdə əlaqələrin dərinləşməsinə ehtiyac var.
“Əlbəttə, əməkdaşlığın ənənəvi istiqamətləri – enerji və ticarət sahələri artıq çox uğurlu nəticələr verib. Amma gələcəkdə biz qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı, yüksək texnologiyalar, turizm və təhsil sahələrində əlaqələrin dərinləşməsinə böyük ehtiyac görürük. Bu istiqamətlər həm iqtisadi şaxələnməyə, həm də xalqlarımız arasında daha sıx humanitar körpülərin qurulmasına xidmət edəcək”, – deputat deyib.
