Xəbərlər

I, II yox, 30 illik Qarabağ müharibəsi – Qazi yazır

I, II Qarabağ müharibəsi yoxdur, 30 illik müharibə var.

1994 cü ildən atəşkəs elan ounsa da, hər il, hətta bu son günlərə kimi hərbi toqquşmalar davam edib, itkilərimiz olub- şəhidlər vermişik. Siyasi-diplomatik müstəvidə də mübarizəmiz fasiləsiz davam edib.

Bütün Qərb, Rusiya, İran bizi 90-cı illərin məğlubiyyəti ilə barışmağa məcbur etmək istəyib. Beynəlxalq təşkilatlar, xüsusəndə ATƏT Minsk qrupunun misiyası, havadarlarının köməyi ilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının işğal faktını rəsmiləşdirməkdən ibarət olub. 1994-cü ildən bu yana hərbi, siyasi-diplomatik, informasiya mübarizəmiz, müharibəmiz bir gün belə dayanmayıb.

Ermənistan və onun havadarlarının 30 illik təcavüzündən;

– 1988-1994-ci illər 15767 (4210-si itkin) Şəhid, 50000 yaralı, 1000000 qaçqın və məcburi köçkün,
– Avqust döyüşləri 2014-cü il: 13 Şəhid,
– Aprel döyüşləri 2016-cı il: 98 Şəhid,
– İyul döyüşləri 2020-ci il 12 Şəhid,
– Vətən müharibəsi 2020-ci il 3003 Şəhid,
– Noyabr döyüşləri 2021-ci il: 7 Şəhid,
– Helikopterin düşməsi 2021-ci il: 14 Şəhid,
– Sentyabr döyüşləri 2022-ci il: 80 Şəhid,
– 19-20 sentyabr antiterror tədbirləri 2023-cü il: 206 Şəhid vermişik…

1994-cü ildən döyüşlər, hərbi əməliyatlar davam edib. Xüsusən də Horadiz, Aprel, Günnük, Tovuz döyüşləri 2020-cil 44 günlük Vətən müharibəsinə qədər tarixlərdə olub. Fərrux əməliyatını 2022-ci il martın 24-28, Sarlbaba-Qırxqız əməliyyatlarını isə 2022-ci il 3 avqust tarixlərində keçirmişik.

2023-cü il sentyabrın 19-da başladşğımız “lokal antiterror tədbirlərlə” 30 illik müharibənin son mərhələsini də möhtəşəm qələbə ilə bitirdik.

Bütün bu illər boyu Azərbaycan real müharibə şəraitində olub, dövlət büdcəsinin əhəmiyyətli hissəsi ordu quruculuğuna, kadr hazırlığına, yeni silahların alınmasına, hərbi sənayenin yaradılmasına, inkişafına sərf edilib.

Faktiki və elmi-tarixi, həmçinin psixaloji baxımdan Qarabağ müharibəsi 30 illik müharibədir. Bu otuz il isə Azərbaycan xalqının dözümlülük, mətinlik, barışmazlıq və ardıcıl qəhrəmanlıq tarixi kimi, şanlı yekun qələbəmizin yetişmə dövrüdür.

Bu 30 illik tarix həm də, hədəfindən, istəyindən dönməyən və sonda möhtəşəm qələbə qazanmağı bacaran böyük xalqın tarixidir.

Odur ki, 1-ci, 2-ci Qarabağ müharibəsi yoxdur, qələbə çaldığımız 30 illik müharibə var.

Vüqar Dadaşov

Milli Cəbhə Partiyasının başqan müavini, qazi

Bir cavab yazın

Back to top button