Xəbərlər

Türkiyə və Ermənistan arasında bir ilk – Avropaya çıxacaqlar

Gələn həftə Türkiyə ilə Ermənistan arasında ilk dəfə nümayəndə heyətləri səviyyəsində görüş keçiriləcək. Nümayəndə heyəti Ermənistan ərazisinə “Alıcan” sərhəd-keçid məntəqəsindən daxil olacaq. Tərəflər normallaşma prosesinin dərinləşdirilməsi və mövcud razılaşmaların icrasını müzakirə edəcəklər. 

Türkiyə-Ermənistan nümayəndə heyətlərinin ilk dəfə görüşməsi regiondakı siyasi balansı necə dəyişə bilər? Bu dialoqun Azərbaycan-Ermənistan münasibətlərinə təsiri hansı formada ola bilər?

Sosdem.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması paralel olaraq Azərbaycanla Ermənistan arasında proseslə birgə aparılır:

“8 avqustda Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşma və sülh mətninin paraflanması Ankara-İrəvan arasında normallaşmaya gətirib çıxarır. Demək olar ki, Azərbaycanla Ermənistan arasında de-fakto sülh var. Regionda geosiyasi proseslər dəyişir. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik təmasların yaradılması labüddür. Çünki seçki öncəsi Türkiyə ilə Ermənistan arasında normallaşma Nikol Paşinyanın reytinqinə müsbət təsir göstərəcək. Həmçinin Cənubi Qafqazda geosiyasi proseslərdə Rusiyanın mövqeyi kifayət qədər zəifləyəcək. Artıq Ermənistan Türkiyə vasitəsilə Avropa ilə quru yol əldə edəcək”.

Ekspert qeyd edib ki, Ermənistan Rusiyadan asılılığı azalmaqla forpostluqdan azad olacaq:

“Türkiyə nümayəndə heyətinin Ermənistana səfəri yaxın aylarda sərhədlərin açılmasına hesablanıb. Bu, çox müsbət prosesdir. Nəhayət ki, Ermənistan 30 ildən sonra gerçək müstəqilliyinə qovuşacaq. Azərbaycan, Türkiyə və Ermənistan arasında əməkdaşlıq regionda yeni bir mərhələnin əsasını qoyacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu