Xəbərlər

Şair Qənbər Əhmədlinin 75 illik yubileyi keçirildi

Milli Cəbhə Partiyasının Saatlı rayon təşkilatının rəhbəri, şair, publisist, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin “Mədəniyyət, Ədəbiyyat, Bədii yaradıcılıq məclisi”nin sədri, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, dəyərli ziyalı Qənbər Əhmədlinin 75 illik yubileyi keçirilib.

Tədbirdə şairin “Şairəm mənim də, sözüm var” adlı kitabı da təqdim edilib.

Sosdem.az xəbər verir ki, mərasimdə Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev, partiyanın başqan müavini Ehtiram Mehtiyev, MCP-nin İmişli təşkilatının rəhbəri, şair Sərvaz Əsgərli, ədəbiyyat, media nümayəndələri, ictimai xadimlər, ziyalılar iştirak ediblər.

Milli Cəbhə Partiyasının üzvləri adından dəyərli ziyalımız Qənbər Əhmədlini təbrik edirik.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu