Xəbərlər

ABŞ-nin Rusiyaya təsirləri zəifdir – ŞƏRH

Rusiya Silahlı Qüvvələri Ukraynaya hücumlarda 574 dron və 40 raketdən istifadə edib, lakin onların böyük hissəsini vurmaq mümkün olub. Prezident vurğulayıb ki, bütün bunlar Moskvanın sülhə nail olmaq istəyinə daha çox şübhə etməyə əsas yaradır.

Sosdem.az xəbər verir ki, mövzu ilə bağlı Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan İnformator.az-a bildirib ki, Moskva və Kiyev arasında sülh danışıqlarının belə tezliklə baş tutacağı hələ inandırıcı görünmür:

“Təbii ki, Rusiya tutduğu Ukrayna ərazilərindən çəkilmir və çəkilmək fikrində də deyil. Vaşinqtonun vasitəsilə də danışıqların baş tutması effektiv görünmür. ABŞ-nin daha təsirli, Rusiyanı masaya oturmağa məcbur edəcək addımları sezilmir. Hesab edirəm ki Ukrayna-Rusiya mövzusunda Avropa və ABŞ-nin siyasətində koordinasiya düzgün qurulmayıb və mövqelər çoxşaxəlidir. Habelə ABŞ-nin Rusiyaya qarşı təsirləri zəifdir. Rəsmi Moskva da bundan istifadə edərək mövqeyini bərkidir və geri çəkilmək istəmir. Qərbin Ukraynaya hərbi dəstəyi Rusiyanı masaya oturmağa məcbur edəcək həddə deyil. Məhz bu zəifliklər balansı pozur və Rusiyanı daha güclü göstərir. Zelenskinin haqlı narahatlığı anlaşılandır”, – politoloq deyib.

Şərhçinin sözlərinə görə, Moskva dünyanın istədiyi formada sülh istəmir.

“Özünün təklif etdiyi formada istəyir. Belə ki, tutduğu torpaqlardan çəkilmir. Belə olduğu halda sülh də mümkün görünmür. Ukrayna xalqı da bunu qəbullanmaz. Üstəlik belə bir sülh ABŞ və Avropanın Rusiya qarşısında açıq məğlubiyyəti təəssüratı yaradar. Odur ki, bu danışıqların effekt verəcəyi mümkün görünmür. Avropanın Ukraynaya hərbi dəstəyi güclənəcək və uzunmüddətli müharibə hələ davam edəcək. Müəyyən güc balansı yarandığı təqdirdə Rusiya ilə Ukrayna arasında hansısa anlaşma mümkündür. Rusiyanın geri çəkilmədən sülh tələb etməsi əvvəla baş tutmaz yaxud bu müvəqqəti və kövrək bir sülh olar”, – başqan müavini bildirib.

Ekspert qeyd edib ki, ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyi danışıqları çətinləşdirməsə də Rusiya bundan bəhanə kimi istifadə edə bilər.

“Amma təbiidir ki, Ukraynaya Avropa və ABŞ-ın hərbi, maliyyə dəstəyi bu gedişatda zəruridir, labüddür. Ümumiyyətlə hesab edirəm ki, bu müharibədə Avropa və ABŞ-nin Ukraynaya dəstəyi və Rusiyaya təsirli basqısı çox zəifdir. Belə çıxır ki, ABŞ, Avropa və Ukrayna “kualisiyası” Rusiya qarşısında məğlub olur? Bu Qərb üçün utancdır və Rusiyanın başqalarına qarşı da işğal siyasətini inkişaf etdirməsinə şərait yaratmaqdır. Beynəlxalq təsirlər də zəifdir. Belə bir halda danışıqların müsbət nəticə verməsi mümkün görünmür. Belə çıxır ki, müharibənin bitməsi üçün hələ tam zəmin yoxdur”, – MCP rəsmisi əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu