Xəbərlər

Tramp Zelenskini inandıra bilməz… – ŞƏRH

Vaşinqtonda baş tutan Tramp-Zelenski görüşünün bu ilin aprel ayında Ağ evdə keçirilən Tramp-Zelenski görüşü ilə mahiyyət və prinsipi eyni olsa da, psixaloji cəhətdən çox fərqlidir. Zelenskinin səmimi və daha ehtiyatlı qəbul edilməsi, təbii ki, Ukrayna prezidentinin Tramp üzərində psixaloji üstünlüyündən irəli gəlir.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert bildirib ki, Tramp-Zelenski təkbətək görüşündən Rusiya-Ukrayna müharibəsi ilə bağlı müəyyən nəticələr əldə olunsa da, onlar ictimayətə açıqlanmayacaq:

“Tramp-Zelenski görüşündən sonra planlaşdırılan üçtərəfli Tramp-Putin-Zelenski görüşündəTramp-Zelenski görüşündə əldə edilmiş ancaq açıqlanmayan həmin razılaşmalar elan edilə bilər. Əgər, avqustun Tramp-Zelenski görüşündə Rusiyanı qaneedici nəticə olmayıbsa, planlaşdırılan üçtərəfli görüş baş tutmayacaq”.

Şərhçi vurğulayıb ki, Ukraynanın torpaqlarını Rusiyaya güzəştə gedəcəyi inandırıcı deyil:

“Düşünürəm ki, Zelenski artıq Ukrayna torpaqlarını güzəştə getmək səlahiyyətində olmadığını, ərazi və suverenlik məsələlərinin konstitusiyaya uyğun referenduma aid olduğunu bildirməklə, həm Trampa mədəni-diplomatik “yox”, Putinə isə “rədd” cavabı verir. Əbəs deyil ki, Trampın Zelenski ilə görüş öncəsi, “əgər Ukrayna ilə razılaşmasa olmasa, ABŞ Ukraynaya hərbi dəstəyini davam etdirəcək” açıqlaması, Ukrayna və Rusiyanın ortaq məxrəcə gəlmək ehtimalını çox azaldır.

Politoloq sonda müharibənin davam edəcəyini və bunun əksər “oyunçu”ların maraqlarına uyğun olduğunu qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu