Xəbərlər

İsrail-İran savaşı qlobal siyasi prosesləri dəyişdi – ŞƏRH

İsrail-İran müharibəsi qlobal siyasi proseslərə, beynəlxalq arxetekturaya köklü təsir edən hərbi əməliyyat idi. Hətta, Rusiya-Ukrayna müharibəsi də hələki belə nəticələrə səbəb olmayıb. Əslində, İsrail-İran müharibəsinin hədəfləri əvvəlcədən elə bu nəticələrə hesablanmışdı. Təbii ki, nə İran, nə də İsrail tam qalib ola bilməzdi.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi analitik Vüqar Dadaşov deyib.

Şərhçi bildirib ki, Rusiya-Ukrayna müharibəsinə qədər, İran, Çin, Şimali Koreya, Belarusiya, Qazaxıstan, Türkmənistan kimi Moskva ilə isti münasibətləri olan ölkə və rejimlər, müharibədən sonra da Kremlə hərbi dəstəyini göstərərək siyasi-diplomatik birliklərini davam etdirirlər:

“Ancaq, İsrail-İran müharibəsi Rusiya ətrafındakı bu birliyin dağılmasına zəmin yaratdı və dövlətlərin bir-birinə etimadsızlığına səbəb oldu. İsrailin İrana hücumunda Çin İrana müəyyən hərbi dəskət verdi, Rusiya isə İrana imzaladığı ikitərəfli strateji müttəfiqlik bəyannaməsinə rəğmən formal bəyanatdan başqa heç bir yardım-dəstək göstərmədi. Şübhəsiz ki, İsrail İranın Ali dini liderini belə məhv edib rejim dəyişikliyinə də gedə bilərdi. ABŞ prezidenti Donald Trampın da Xamenei haqqında məlum açıqlamaları var idi. İran dövləti və Xamenei hakimiyəti İsrail və ABŞ qarşısında çarəsiz vəziyyətinin və real təhlükə astanasında olmasının fərqinə vararaq, ABŞ-nnin tələblərini yerinə yetirdi. Tələblərdən biri də Rusiya ilə məsafə saxlamaq idi.

Sözsüz ki, Rusiyanın İrana İsraillə müharibədə yardım etməməsi, Tehranın Moskvaya münasibətinə əsaslı təsir etdi. Rusiyanın İrana münasibəti də Çinin Rusiyaya yanaşmasını dəyişdi. Çin lideri Si Szinpin BRİKS-in zirvə toplantısında iştirak etməməsi, onun Kremlə qarşı dəyişən münasitinin əlamətidir”.

Ekspertin sözlərinə görə, Trampın BRİKS-lə əməkdaşlıq edən ölkələrə qarşı 10, Qazaxıstana isə 25 faizlik idxal rüsumu tətbiq etməsi, Rusiya və Çinin əsas oyunçusu olduğu təşkilatı əhəmiyyətsiz, faydasız etmək üçün atılmış ciddi addımdır:

“ABŞ-nin təzyiqləri nəticəsində Avropa İttifaqının Çinlə sövdələşməsi pozuldu və hətta münasibətlər gərginləşdi. Aİ-nin Xarici Siyasət rəhbəri Kaja Kallasın Pekini Avropanın təhlükəsizliyini pozmaqda ittiham edib. Çin Xarici İşlər naziri Vanq Yi isə Avropa İttifaqını Çinlə qarşıdurmadan çəkinməyə və dialoq yolu ilə əlaqələri davam etdirməyə çağırıb.

İran İsraillə müharibədən sonra Türkiyə və Azərbaycanla münasibətləri etimad çərçivəsində qurmaqda maraqlıdır. Xankəndidə keçirilən Zirvə toplantısında xarici və daxili maneələrə rəğmən İran prezidenti Pezeşkianın iştirakı Tehranın xarici kursunu dəyişmək cəhdləridir.

Hər bir halda, bütün qarşıdurmalardan, o cümlədən Rusiya-Ukrayna, İsrail-İran müharibəsinin ancaq mütləq tək qalibi ABŞ-dir. Sözsüz ki, ABŞ Rusiya-İran-Çin birliyini və eləcə də Aİ və Çin sövdələşməsini pozduqdan və tərəfləri təklədikdən sonra, Pekinin də hərbi müdaxilə yolu ilə zəiflədilməsinə başlanılacaq. Çünki, Çinin iqtisadi inkişafını xarici məhdudiyətlərlə dayandırmaq mümkün deyil. Əlbəttəki ki, Çinin real müharibə şəraitində cəmiyyətinin və ordusunun etibarlı davranışına əminlik yoxdur. Demək, Çinin hər hansı bir hərbi konfliktə cəlb edilmə ehtimalı yüksəkdir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu