Xəbərlər

Xankəndi görüşü – Strateji, siyasi hədəflər

Xankəndidə keçirilmiş İqtsadi Əməkdaşlıq Təşkilatının (EKO) 17-ci Zirvə görüşünün iqtisadi tərəflərindən daha çox, onun siyasi-diplomatik əhəmiyyəti, məqsədi aydın görünür. Əvvəla, qeyd edək ki, bu təşkilat 1985-ci ildə məhz İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Həm də bu görüş 12 günlük İsrail-İran müharibəsindən bir neçə gün sonra təşkil edildi. Eyni zamanda da tədbirin Rusiya-Azərbaycan münasibətlərinin daha da gərginləşməsi fonunda baş tutması, görüşün siyasi tərəfini qabartdı.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə səfərindən sonra Rusiya ilə münasibətlərin daha da korlanması, Zəngəzur dəhlizinə nəzarətdən Rusiyanın uzaqlaşdırılması məsələsi ilə bağlıdır:

“Ən əsası da zirvə görüşünün məhz Qarabağda, Xankəndidə keçirilməsi, Azərbaycanın əsas müttəfiqləri Türkiyə və Pakistanın ən yüksək səviyədə iştirakı ilə ötürülən siqnallar, artıq reallaşan siyasi nəticələrin elanı kimi qiymətləndirilməlidir.

Müzakirələr gedir ki, Ermənistan Türkiyə çətirinə, Paşinyan da Ərdoğanın zəmanətinə sığınıb. Həm də məlum oldu ki, EKO-nun yaradıcılarından biri, Rusiyanın real və həm də hüquqi müttəfiqi İranın prezidenti Pezeşkianın zirvə görüşündə iştirakına maneələr yaradılıb və onu bu səfərdən çəkindirməyə cəhdlər olub.

Zirvə görüşündə Qazaxıstan və Türkmənistan liderlərinin iştirak etməməsi də əslində mənzərəyə tam aydınlıq gətirir. Türkmənistan siyasi elitası bütünlüklə Kremlin nəzarətindədir. Təsadüfi deyil ki, Türkmənistan ənənəvi olaraq Turan birliyindən məsafə saxlayır. Qazaxıstan prezidenti Tokayevin isə Rusiyaya, Putinə loyallığı mübahisə edilməzdir və onun da SSRİ-nin keçmiş diplomatı kimi, Rusiyanın FTX-nin (KQB) mütləq əməkdaşı olması inkaredilməz faktdır. Hətta Tokayev Rusiyanın tapşırığı və dəstəyi ilə türk dünyasının ağsaqqalı, keçmiş prezident Nazarbayevi faktiki hakimiyyətdən uzaqlaşdırdı. Bir vaxtlar isə, Tokayev ermənilərlə eyni soydan olduğu barədə bir açıqlama da vermişdi”.

“Xankəndi görüşü Azərbaycan, Türkiyə və Pakistanın strateji siyasi və hərbi burliyinin daha da dərinləşməsinin növbəti mərhələsidir”, deyən şərhçi, “Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasının geniş müzakirəsi, bu birliyin dairəsinin daha genişlənməsini mütləq prosesə çevirir”, deyə vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu