Xəbərlər

Azərbaycanlılara qarşı təzyiq Kremlin göstərişidir… – ŞƏRH

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı keçirdiyi çoxsaylı əməliyyatlarının hüquqla heç bir əlaqəsi yoxdur. Güç strukturlarının mülki şəxslərə – azərbaycanlılara qarşı heç bir gərəklik olmadan atəş açması, insanları öldürülməsi, işgəncələrə məruz qoyması sıradan polis, güc strukturlaru özbaşnalığı deyil.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert bildirib ki, azərbaycanlılara qarşı Rusiyanın digər regionlarda da, o cümlədən Voronej vilayətində polisin analoji hücumları sübut edir ki, baş verənlər Kremlin bir başa göstərişi əsasında həyata keçirilir:

“Beynəlxalq insan hüquqlarında “işgəncə”yə yol verməmək ən əsas, birinci prinsip və tələbdir. Hərçənd ki, Rusiya beynəlxalq hüquqa məhəl qoysaydı Moldovanın, Gürcüstanın, Ukraynanın suveren ərazilərini işğal etməzdi.

Ümumiyyətlə, Rusiyada azərbaycanlılara qarşı keçirilən kütləvi qanlı hücumlar Azərbaycana basqı və təzyiq niyyəti daşıyır və son üç əsrdə şimal qonşumuzun bizə qarşı dəyişməz düşmənçilik, imperiya xislətinə söykənən siyasətinin növbəti qanlı səhifəsidir. Azərbaycanın ikiyə parçalanması, tariximizin oğurlanması-saxtalaşdırılması, milli kimliyimizin unutdururulması, Xalq Cümhuriyyətinin işğalı, ərazilərimizin sovet respublikaları arasında bölüşdürülməsi, azərbaycanlıların deportasiyası, sərvətlərimizin – neftimizin talanması, ikinci dünya müharibəsində azərbaycanlılara neqativ münasibət, fəxri adların verilməməsi, generallarımızın öldürülməsi, 20 yanvar faciəsi, Qarabağımızın işğalı, Xocalı və digər söyqırımlar, 44 günlük vətən müharibəsində Ermənistana hərbi-siyasi dəstək, ölkəmizə qarşı təxribatlar (hərbi təyyarələrimizin kor edilməsi, mülki təyyarələrimizin vurulması kimi), kəşfiyyat, informasiya, kiberhücumlar və sair sadaladıqca qurtarmayan düşmənçilik etnosumuza qarşı açıq soyqırım siyasətidir. Beynəlxalq hüquqda bu əməllər “soyqırım” cinayətidir”.

Şərhçinin sözlərinə görə Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin daha aqresiv hal almasına səbəb, Azərbaycanın Qarabağ məsələsini həll etməsi, daha müstəqil siyasət aparması, nəinki regionda dünyada söz sahibinə çevrilməsi və nəhayət real müstəqilliyidir:

“Rusiyanın imperialist düşüncəsi, keçmiş sovet respublikalarına öz müstəmləkəsi kimi baxması Azərbaycanı daha da ayıq-sayıq olmağa məcbur edir.

Rusiya prezidenti Vladimir Putin, harada rus əsgəri varsa, oranı Rusiya ərazisi hesab etdiyini deyib. Azərbaycan isə rus əsgərlərini öz ərazisindən üç dəfə qovub çıxarıb. Rusiya anlamalıdır ki, əgər Azərbaycan Rusiyanın, İranın, Fransanın tam dəstək verdiyi Ermənistan üzərində qələbə qazanmağı bacarıbsa, demək ayrılıqda Rusiyanın da, İranın da basqılarını dəf edəcək.

Rusiya düşməndir və düşmən olaraq qalacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu