“HƏMAS”ın İsrailə hücumu Netanyahunun planıymış? – ŞƏRH

HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumundan İsrail kəşfiyyatının məlumatı olub.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə İsrail Baş naziri Netanyahunun HƏMAS-ın hücumuna, mülki insanları öldürməsinə, girov götüməsinə bir neçə saat müqavimət göstərilməməsi ilə bağlı tapşırıq verməsi istisna deyil.
“Məqsəd Yaxın Şərqdə yeni siyasi şəkilləndirmə və İranın proksi qüvvələrini sıradan çıxarmaq.
Xronoloji ardıcıllığa baxsaq 7 oktyabr hadisələrindən bugünə kimi Həmasa güclü zərbə vuruldu. Qəzza zolağı dağıldı. Həmas və Hizbullahın lideri öldürüldü. Hizbullah zəiflədi. Suriyada Əsəd devrilərək İranın buradan çıxarılması təmin olundu. Növbə İrana çatdı.
ABŞ və İsrail kəşfiyyatı daima İsraili təhdid edən HƏMAS içində öz agentura şəbəkəsini yerləşdirməməsi mümkün deyildi. Netanyahu terror qurbanı olduqlarını dünyaya göstərməklə, yeni hərbi əməliyyatlara bəraət aldı”, – ekspert deyib.
