İran saflaşdırılmış uranı Rusiyaya verib? – ŞƏRH

ABŞ İranın əsas nüvə obyektlərinə zərbə endirməklə bir növü İsrailin, faktiki isə ABŞ və Böyük Britaniyanın İrana qarşı başladığı müharibəyə son verməyə imkan yaradıb. Sözsüz ki, əgər İran nəticəni qəbul edərsə, hansı ki, ehtimalı azdır. Məlumat var ki, İran Fordo və digər obyektlərdən ABŞ-nin hücumuna qədər zənginləşdirilmiş uranın yerini dəyişib və İrandan verilən rəsmi açıqlamaya görə, Tehran nüvə proqramını davam etdirmək niyyətindədir. İran saflaşdırılmış uranı Rusiya ərazisinə keçirdiyi variantı da istisna deyil.
İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Şamxani “İranın nüvə obyektləri məhv edilsə də saflaşdırılmış uran, bilik, siyasi iradə qalacaq” – deyə bildirib. Əli Şamxaninin açıqlaması həm də, hücumdan sonra nüvə proqramının dayandığının etirafı olaraq, İrana qarşı hücumları durdurmaq niyyəti kimi xarakterizə oluna bilər.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“İranla danışıqlarında əsas tələbləri nüvə proqramına son verməsi, ballistik raket texnalojiyasından imtina etməsi idi. Artıq ABŞ-nin İranın nüvə obyektlərinə və ballistik raket zavodlarına hücumundan sonra, Tehrandan tələb olunan hər iki səbəb-şərt yerinə yetirilib. ABŞ həm də bu hücumda yeni “Mor” silahını da sınaq edib. Böyük Britaniya ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsini dəstəklədiyini və hücum öncəsi məlumatlandırıldığını açıqlayıb”, – Ekspert əlavə edib.

Politoloqun sözlərinəə görə müharibənin daha da genişlənmə ehtimalı artır:
“Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu bəyan edib. Həmçinin, İran XİN başçısı Abbas Araqçinin Rusiya səfəri çərçivəsində prezident Putinlə görüşü gözlənilir. Çin isə İrana hərbi dəstəyini davam etdirir. Hazırda da İran İsrailə raket hücumlarını davam etdirir. Üçüncü nəsil raket sistemlərinin İran tərəfindən tətbiqi, İranın imkanlarının geniş və hələ tükənmədiyini göstərir. Əgər İran müqavimətini davam etdirərsə, Tehran rejim gəyişikliyinə gedilə bilər. İranın zənginləşdirilmiş uranı təhvil verməsi də yeni tələb kimi irəli sürülə bilər. Xamneinin hakimiyyətdən uzaqlaşdırılması İranın parçalanması ehtimalını artırır. Qərb üçün isə İranın parçalanması arzuolunan deyil”.
Şərhçi qeyd edib ki, prezident Pezeşkian Vaşenqtonun hücumlarına cavab veriləcəyini açıqlasa da, İran ABŞ-nin regionda hərbi bazalarına, obyektlərinə əhəmiyyətli hücum etməyəcək:
“Təbii ki, cavab əsasən İsrailə yönəldiləcək. İran rəsmi olaraq Hörmüz boğazını bağlamaq kimi kritik bir həmlə edə biləcəyini açıqlayıb. Ancaq, İran boğazı bağlayarsa, bu Tehranın tam əleyhinə olan beynəlxalq vəziyyət yaradacaq. İranı çox zəiflədəcək, ərəb ölkələrinin də bu müharibədə münasibəti İsrailin, ABŞ-nin xeyrinə dəyişəcək. Rusiyanın da bu arada iqtisadi-siyasi imkanları genişlənəcək. ABŞ dövlət katibi Marko Rubio boğazın bağlanmasını böyük səhv adlandırıb. Həmçinin, ABŞ İranın Hörmüz boğazını bağlayacağı təqdirdə, keçidin təhlükəsizliyini təmin edəcəyini bildirib. İran sülhə məcburdur”.