Xəbərlər

İran parçalanarsa Cənubi Azərbaycanın taleyi necə olacaq? – ŞƏRH

Tehrana qarşı artan təzyiqlər fonunda, İranın parçalanması ehtimalı fonunda Cənubi Azərbatcanın siyasi gələcəyi barədə müxtəlif fikirlər səslənir. Üç variant mümkün hesab edilir: Ya Azərbaycan Respublikasına, ya Türkiyəyə birləşə bilər, yaxud ayrıca müstəqil dövlət kimi mövcud olacaq.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Lakin o qeyd edib ki, Qərbin, xristian dünyasının İranın parçalanmasına izn verəcəyi inandırıcı görünmür:

“Bu, İranın yaradılması səbəbi və tarixi missiyası, yəni, İslam və türk dünyasına qarşı istifadə olunması ilə bağlıdır. İran faktoru Qərb, xristian dünyası üçün əlverişli siyasi mühütin yaradılmasına xidmət edir və bu ölkəyə hələ ki, heç bir dağıdıcı zərbə endirilə bilməz. Artıq, ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehranla nüvə danışıqları prosesində İsrail İranı vurmayacaq. Onsuz da, bu nəticə elə əvvəldən də məlum idi”.

Ekspertin sözlərinə görə, Cənubi Azərbaycanın siyasi perespektivinə gəldikdə isə, əgər İran parçalanarsa, güneyin istiqlalı da mütləq prosesdir:

“Əslində İranın vahid dövlət kimi mövcudluğu daha çox elə Cənubi Azərbaycanın davranışından asılıdır. Ancaq onun Azərbaycan Respublikasına birləşmə ehtimalı çox azdır. Əvvəla, Qərb, xristian dünyası daha böyük vahid Azərbaycanın yaranmasını öz milli maraqlarınıa, xristian sivilizasiyasına təhlükə hesab edir, xüsusən də, Ermənistan və onun havadarları üzərində qələbədən sonra narahatçılıqları daha da artıb. Yəni, Azərbaycanın bütövləşməsi ilkin dövr üçün mümkün görünmür”.

Politoloqa görə Cənubi Azərbaycanın Türkiyəyə birləşmə ehtimalı isə Azərbaycan Respublikasına birləşmə ehtimalından da azdır:

“Bu məsələdə sünni-şiə fərqliliyi və yanaşması da əsas şərtlərdəndir. Son zamanlarda, Osmanlı Sultan Səlimlə Azərbaycan Səfəfvi imperiyası hökmdarı Şah İsmayıl arasındakı çəkişməni, müharibəni dövrümüzdə nifaqa, qarşıdurmaya çevirmə cəhdləri də çox artıb. Demək, Sultan Səlim – Şah İsmayıl qarşıdurması Cənubi Azərbaycanın Türkiyə ilə siyasi Birliyinin də əleyhinə istifadə oluna bilər. Əsas hədəf tarixi məsələləri gündəmə gətirərək, Azərbaycan və Türkiyə dövlətləri, cəmiyyətləri arasında gərginlik yaratmaqdır”.

Şərhçi qeyd edib ki, İranın parçalanarsa, Cənubi Azərbaycanın müstəqil dövlət olma ehtimalı daha çoxdur:

“Cənubi Azərbaycanın istiqlalı Qərb, xristian dünyası üçün, onun Azərbaycana, yaxud Türkiyəyə birləşməsindənsə, ayrı müstəqil dövlət kimi mövcudluğu məcburi məqbul variantdır. Sonrakı mərhələlərdə isə Azərbaycanın bütövləşməsi mümkündür”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu