Xəbərlər

Tanınmış güləşçinin müraciəti təmin edildi

Deputat Razi Nurullayevə müraciət edən İmişli sakini, tanınmış güləşçi Coşqun Əzimovun müraciəti təmin edilib.

Bu barədə Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev məlumat verib.

“Sərbəst güləş üzrə hərbçilərin dünya kubokunun qalibi, Avropa və Respublika çempionu Coşqun Əzimovla görüşüb, qayğıları ilə maraqlandıq. Coşqun İmişli rayon sakinidir. Deputat Razi Nurullayevin tapşırığına əsasən ötən günlərdə onu qəbul edib, müraciətini dinləmişdik. Qısa zamanda məsələnin həllinə nail olduq. Əziyyəti keçən hər kəsə təşəkkür edirik”, – Ehtiram Mehtiyev deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu