Xəbərlər
Deputat TESİAD və TESAM heyətiylə görüşüb

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Türkiyənin tanınmış qeyri-hökumət platformalarından TESİAD (Tüm Etkin Sanayici İşadamları ve İşkadınları Federasyonu) və TESAM (Türkiye Ekonomik, Siyasal ve Stratejik Araştırmalar Merkezi) qurucu başqanı İlyas Bozkurtun başçılıq etdiyi heyət ilə görüş keçirib.


