Xəbərlər

Bu kimi səfərlər siyasi dialoqu və milli həmrəyliyi gücləndirir – Razi Nurullayev

Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya sədrlərinin və nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilir. 

Bu dəfə Laçın şəhərinə təşkil olunan səfər ölkədə milli həmrəyliyin möhkəmləndirilməsi və siyasi dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Səfərdə iştirak edən partiya rəhbərlərinin fikirləri, bu təşəbbüsün həm vətəndaş cəmiyyətinə, həm də ölkənin gələcək siyasi inkişafına töhfələr verdiyini ortaya qoyur.

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bildirib ki, yeni salınmış yollarla Laçına doğru hərəkət edən nümayəndə heyətini qarşılayan mənzərə Azərbaycan xalqının tarixi torpaqlarına böyük qayıdışının real təcəssümü idi.

“Laçında aparılan yenidənqurma və bərpa işləri, infrastruktur layihələri, yaşayış komplekslərinin inşası və sosial obyektlərin bərpası barədə bizlərə geniş məlumat verildi.

Səfər zamanı nümayəndələr şəhərin mərkəzində salınmış yeni yaşayış massivinə, məktəb və mədəniyyət müəssisələrinə, Laçın şəhərinin inzibati binalarına baxış keçirdilər. Onlara məlumat verildi ki, şəhərdə məskunlaşma prosesi mərhələli şəkildə davam etdirilir, vətəndaşlar üçün yüksək şərait yaradılır, müasir infrastruktur qurulur.

Siyasi partiya nümayəndələri bu kimi səfərlərin siyasi dialoqu və milli həmrəyliyi gücləndirdiyini, işğaldan azad edilmiş ərazilərdə görülən işləri yerində görməyin ölkə ictimaiyyəti üçün əhəmiyyətli olduğunu demək istəyirəm”, – millət vəkili deyib.

Partiya sədri qeyd edib ki, bu cür səfərlər Prezident Administrasiyasının təşəbbüsü ilə mütəmadi olaraq təşkil edilir və ölkədə milli həmrəyliyin gücləndirilməsi, siyasi mədəniyyətin inkişafı imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

“Laçına təşkil olunan bu səfər bir daha göstərdi ki, işğaldan azad edilmiş torpaqlarda həyat sürətlə canlanır, Azərbaycan dövləti öz torpaqlarında əzmlə, ardıcıl və planlı şəkildə quruculuq işlərini davam etdirir”, – deputat bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu