Xəbərlər

“Azəriqaz” zəhərlənmələrə qarşı tədbir görsün – Başqan müavini

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb. Tağızadə Rüfət, Tağıyeva Əfsanə, onların övladları Tağızadə Ümid və Tağızadə Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev Sosdem.az-a bildirib ki, aidiyyatı qurum belə hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir.

“Kaş belə faciəvi hadisələr baş verməzdi. Belə hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bunu həm aidiyyəti dövlət orqanları, həm də vətəndaş etməlidir.

Yaxşı olar ki, “Azəriqaz” bununla bağlı mənzillərdə yoxlamalar aparsın, qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına dəyişikliklər edən abonentlərə xəbərdarlıq etsin. Qaydalara əməl etməyənlər müvafiq qaydada cəzalandırılsın. Hər hansı bir məsuliyyətsizlik ölümə səbəb ola bilər”, – deputat köməkçisi deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu