Xəbərlər

Ukrayna ABŞ-la müqavilədən imtina edərsə… – Ekspert

Bir müddət əvvəl Tramp ABŞ-nin yaxın günlərdə Ukrayna ilə təbii ehtiyatlarla bağlı istədiyi müqaviləni imzalayacağını bildirmişdi. Ukraynanı ABŞ-nin müstəmləkəsinə çevirəcək həmin müqaviləni Ağ ev hələ 2022-ci ilə nəzərdə tutmuşdu. Zelenskini şantaj edən Tramp, Ukraynanın həmin o müqaviləni imzalayacağına əmin olduqdan sonra bildirdi ki, ABŞ vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar nəticə verməsə geri çəkiləcəklər.

Bunları Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert bildirib ki, ABŞ ilə Ukrayna arasında təbii ehtiyatlarıla bağlı müqavilə imzalanarsa, Ağ ev müstəmləkəsinə çevirəcəyi Ukraynada hərbi mövcudluğunu da təmin edəcək.

“Bu isə o deməkdir ki, Rusiya heç bir halda bu müqavilənin imzalanmasına yol verməməyə çalışacaq. Əks halda yüksək ehtimalla Ukrayna ikiyə bölünür, Rusiyanın sərhədlərinə ABŞ ordusu yerləşdirilir. Bu isə Ukrayna və Rusiyanın hər ikisinin milli maraqlarına qəti ziddir. Buna görə də hətta Rusiya və Ukraynanın yaxınlaşması da mümkün və gözləniləndir. Təsadüfi deyil ki, Putinin Ukrayna ilə ikitərəfli danışıqlara getmək istəyinə Zelenski müsbət reaksiya verib. Bunu Rusiya-Ukrayna müharibəsinin dönüş nöqtəsi hesab etmək olar”, – politoloq deyib.

Başqan müavininin sözlərinə görə, əgər Rusiya və Ukrayna ikitərəfli danışıqlarla müharibənin dayandırılmasına gedərsə, ABŞ-nin Ukrayna ilə arzuladığı müqaviləs imzalanmayacaq, ən azı Ukraynanı müstəmləkəyə çevirəcək formada.

“Bu müqavilə ABŞ-nin Çinlə mübarizəsində həyati əhəmiyyət daşıyır. Rusiya-Ukrayna razılaşması bütün nəticələrinə görə həm də Çinin maraqlarına tam uyğun gəlir. İndiki vəziyyətdə Ukrayna və Rusiyanın razılaşması həri iki tərəfin məcburi getdiyi nəticə olsa da, hər iki tərəfə üçün çox sərfəlidir.

Ehtimal var ki, Putin və Zelenski razılaşarsa, Ukrayna Tramp administrasiyası ilə əlaqələrini dayandıra da bilər”, – siyasi şərhçi qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu