Xəbərlər

Tramp da Ruzvelt kimi Rusiyaya güzəşt edəcək? – Ekspert

“Donald Tramp Ruzveltin səhvini təkrarlayıb, Şərqi Avropanı Vladimir Putinə güzəştə gedə bilər. Rusiya Ukraynada 30 günlük atəşkəslə razılaşmır. İşğalı və hücumu genişləndirir”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə Putin Trampı razı salmağa çalışır.

“Rusiya öz şərtləri əsasında atəşkəsə gedəcəyini qeyd edib. Bununla Ukrayna və Şərqi Avropanı öz nüfuz dairəsinə daxil etməyi planlaşdırır. İkinci Dünya müharibəsində ABŞ prezidenti Ruzvelt Şərqi Avropanı SSRİ güzəştə getdiyi kimi, Putin də Trampı eyni ssenari ilə güzəştə razı salmağa çalışır. Putinin əsas tələbi ABŞ qoşunları Şərqi Avropadan çıxmalı və NATO bu regionu tərk etməlidir, yəni 1997-ci il sərhədlərinə çəkilməlidir. Bununla da Şərqi Avropa və Ukrayna Rusiyanın orbitinə daxil olur. Trampın Polşadan öz hərbiçilərini çıxarmaq kimi planı məhz Kremlin təklifi ilə razılaşmasının nəticəsi idi”, – ekspert bildirib.

Şərhçi deyib ki, Tramp ikinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq indiki müharibədə Ruzveltin səhvini təkrarlasa, Rusiya fövqəl dövlət olacaq.

“İkinci dünya müharibəsini idarə edən və qalibiyyətlə bitməsində Böyük Britaniyanın baş naziri Çörçilin rolu olmuşdu. Amma, Çörcülü Ruzvelt dinləmədi, qələbəni Stalinin ayağına yazdı. Tramp Böyük Britaniyanın baş naziri Staymeri dinləməməklə, Putinin Ukraynada həlledici qələbə əldə etməsinə şərait yarada bilər. Nəticədə Rusiya prezidenti təkcə Şərqi Avropanı deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyanı da öz təsir dairəsinə daxil etməyə çalışacaq.

ABŞ və Rusiya arasında aparılan danışıqlar effektiv deyil. Ukrayna ilə bağlı ortaq məxrəcə gəlinməsi gözlənilmir. Tərəflər onda razılaşa bilər ki, bir tərəf güzəştə getsin. Tramp Ukrayna və Şərqi Avropanı güzəştə getməyə hazırdır. Amma, əvəzində isə, Putin Trampa təklif vermir. Həmçinin Avropa ölkələrinin mövqeyi Trampın güzəştinə mane olur”, – siyasi şərhçi qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu