Xəbərlər

İngiltərə, yoxsa İsrail, Azərbaycanın müttəfiqi hansdır? – ŞƏRH

Azərbaycan və Türkiyə arasında mövcud münasasibətlərə əsaslı bir narahatçılıq var. Həmin narahatçılığı yaradan səbəb Türkiyədə iqtidarda olan AKP-MHP ittifaqından fərqli baxışlara malik siyasi qüvvələrin, liderlərin hakimiyətə gəlmə ehtimalıdır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

O bildirib ki, Türkiyədə növbəti prezident seçkilərinin keçirilməsi 2028-ci ildə plalanlaşdırılsa da, növbədənkənar seçki ehtimalını da istisna etmək olmaz.

“Türkiyə dövlətinin siyasətinə siyasi qüvvənin müəyyən edilmiş siyasi kursu, idealogiyası o qədər də həlledici təsir etmir. Əsas siyasi kurs məhz siyasi liderin, rəhbərin yanaşması, baxışları ilə müəyyən edilir. Süleyman Dəmirəl, Abdulla Gül nümunəsi heç də uzaq tarixə aid deyil. Əslində elə Mustafa Kamal Atatürkün də Azərbaycana münasibəti də Moskva kontekstindən olub.

Türkiyənin indiki prezidenti cənab Ərdoğandan sonra hakimiyətə gələn növbəti prezidentin Azərbaycana və türk dünyasına baxışları tam əksinə ola bilər. O zaman, Azərbaycan və Türkiyə arasındakı dostluq arxa plana keçə bilər. Hər bir halda, Azərbaycan Türkiyəsiz də özünün təhlükəsizliyi üçün etibarlı müttəfiqləri olmalıdır. Düşünürəm ki, Böyük Britaniya və İsrail Azərbaycana etibarlı müttəfiq sırasında öndədir. Bu iki dövlətin siyasi kursunu Türkiyədən fərqli olaraq əsasən liderlər deyil, dövlətin idealoji prinsipləri müəyyən edir. Həm Böyük Britaniyanın və həm də İsrailin Azərbaycana münasibəti dəşiyməz olaraq qalır. Son zamanlar İsrail və ABŞ-nin Azərbaycanla strateji danışıqlar aparır. Azərbaycan dövləti üçün bu yanaşma çox düzgündür”, – ekspert deyib.

Azərbaycan Rusiya münasibətlərinə gəldikdə, “Rusiya Azərbaycana arasında 22.02.2022-ci il tarixdən müttəfiqlik bəyannaməsi imzalansa da, Azərbaycan nə bu sənədə, nə də Rusiyaya güvənə bilməz. Rusiyanın Azərbaycanla bərabər hüquqlu müttəfiqliyi mümkün deyil”, – politoloq bildirib.

Şərhçi vurğulayıb ki, Ərdoğanın böyük zəhməti və siyasi iradəsi, bacarığı hesabına Türkiyə dünyada hesablaşılan söz sahibinə, güc mərkəzinə çevrilib.

“Butün bu uğurların yarıda qalmasına Ərdoğanın imkan verəcəyi mümkün görünmür. Onun müxaliflləri əsasən Əkrəm imamoğlu kimi, liberal, Avropa dəyərlərini üstün tutan, Qərbə meyilli qüvvələrdir. “Sürix protokolu” nun, “futbol diplomatiyası”nın təkrarlanmayacağına zəmanət yoxdur. Yeri gəkmişkən” Sürix protokolu” əslində Azərbaycandan çox Türkiyənin özünün milli maraqlarına, suverenliyinə təhlükə yaradırdı.

Heç şübhəsiz ki, Ərdoğan siyasi kursunun davam etdirəcək namizədi hazırlayıb. Ancaq bu planların reallaşma ehtimalı yarıya-yarıyadır. Əlbəttə ki, Azərbaycan Türkiyənin dəyişəcək siyasi kursuna hazır olmalıdır. Zaman baxımından indiki dövrdə Azərbaycan üçün Türkiyədəki siyasi dəyişiklik çətinlik yarada bilməz, ancaq türk dünyası, türk dövlətləri birliyi üçün bu ehtimal yüksəkdir”, – siyasi şərhçi əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu