Azərbaycanda bu ailələrə “uşaq pulu” VERİLƏCƏK – DEPUTAT

Bu gün Azərbaycan əhalisinin 99 faizi “uşaq pulu” istəyir. Bu sahədə müəyyən müsbət siqnallar var.
Sosdem.az xəbər verir ki, bunu modern.az-a müsahibəsində Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Deputatın sözlərinə görə, artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə ümumi razılığa gəlinib və qısa müddətdən sonra üçuşaqlı ailələrə “uşaq pulunun” verilməsinə başlanılacaq.
O qeyd edib ki, prosesin bu il və ya gələn ildən başlayacağı gözlənilir.
“Üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi həm Milli Məclisin Əmək və sosial siyasət komitəsi səviyyəsində, həm də Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri olduğu müddətdə müzakirə edilib. Hazırkı yeni nazirlə də bu sahədə müzakirələr gedir”, – deputat bildirib.

R. Nurullayev üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsinin əhəmiyyətindən də danışıb:
“Ölkədə üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi təmin olunacaq, çünki araşdırmalar da göstərir ki, 2016-cı ildən etibarən Azərbaycanda doğulan uşaqların sayında ciddi azalma müşahidə edilir, eyni zamanda 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur. Bu da o deməkdir ki, bir neçə ildən sonra birinci sinifə gedən uşaqların sayında belə ciddi azalma görəcəyik”.
Deputat vurğulayıb ki, uşaqların sayının azalması ölkəni demoqrafik problemlə üz-üzə qoya bilər.
“Bunun üçün də ailələrin uşaq dünyaya gətirməsinə marağı artırmaq və problemin qarşısını əvvəlcədən almaq lazımdır”, – MCP başqanı deyib.