BAŞQAN
Razi Qulaməli oğlu Nurullayev
Milli Cəbhə Partiyasının başqanı, deputat
➤ Haqqında
Razi Qulaməli oğlu Nurullayev 1 aprel 1971-ci ildə İmişlinin Xəlfəli kəndində anadan olub.
1978–1988-ci illərdə İmişli rayonu, Xəlfəli kənd məktəbində orta təhsil alıb.
1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnsitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakultəsində ali təhsil alıb.
2000–2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitunun Hüquq fakultəsində ali təhsil alıb.
2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-ın Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi (Ford Motor Company International Fellowship of the 92nd Street Y Developing Community Leaders, 2009) ixtisasartırma kursunu bitirib.
1994-cü ilin yanvar ayından 1995 noyabr ayına qədər “ÇAĞ” qəzetində müxbir işləyib. Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, “The Daily Mail”, “The Times” və “The Guardian” kimi qəzetlərdən onlarla tərcümələr edib.
1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Azərbaycanın Bakı şəhərində yerləşən “Hyatt Regency” otelində VİP qonaqlarla iş vəzifəsində çalışıb. 1995–1997-ci illərdə “McDermott Marine Construction“-da tərcüməçi, anbar və alqı-satqıya nəzarət işində işləyib. J.Ray McDermott, Bakı, Azərbaycan. “Çıraq 1” neft platformasında Quruda və dənizdə iş, baş injenerin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub. 1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən “BUE Caspian Ltd.” şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb. 1998-ci ildən 2001-ci ilə qədər “Baku Steel Company“-də menecer köməkçisi və tərcüməçi olub.
10 sentyabr 1999-cu ildə yaradılmış Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DIUC) 1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər həmsədri olub.
1999-cu ildən onlarla böyük və kiçik proqramların həyata keçirilməsinə rəhbərlik edb. Siyasi bilik və bacarıqların artırılması üzrə 2003-cü ildən Niderlandın Liberal və Əmək partiyaları ilə birlikdə onlarla proqramlar həyata keçirib. Layihələrin yazılması, təlim materiallarının hazırlanması, qiymətləndirmə, monitorinq, təlimlərin aparılması, beynəlxalq və yerli tədbirlədə təmsilçilik, danışıqların aparılması, donorlarla əlaqənin qurulması və inkişaf etdirilməsi işlərini həyata keçirib.
2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın “International Alert” təşkilatının Azərbaycan ölkə konsultantı olub.
2001-ci ilin iyun ayından 2002-ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.
2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib.
2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun “Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq” şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.
2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub.
2009-cu ilin sentyabr ayından 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.
İdarəetmə və təşkilatçılıq qabiliyyəti, siyasi və seçkilər sahəsində yerli və beynəlxalq təcrübə ilə əlaqədar olaraq onlarla beynəlxalq sertifikat və diplomlara layiq görülüb. Beynəlxalq standartlara uyğun böyük layihə təkliflərinin və biznes planların hazırlanması, böyük proqramların idarə olunması, beynəlxalq və yerli tədbirlərin yüksək səviyyədə təşklini həyata keçirib, beynəlxalq münasibətlər üzrə təhlillər yazıb.
2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.
19 avqust 2015-ci ildə AXCP-də Əli Kərimlidən narazı qüvvələr sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.
2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev AXCP adından imtina etdi və yeni Milli Cəbhə Partiyasını təsis etdi.
Seçkilərdə İştirakı:
2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən (SD) namizəd olub.
2009-cu il Bələdiyyə seçkilərinə yenə 8 saylı Binəqədi 1-ci SD-dən Binəqədi rayonu Bələdiyyə üzvlüyünə namizəd olub.
2010-cu il Parlament seçkilərində AXCP-Müsavat seçki blokunun 23 saylı Nəsimi-Səbail SD-dən vahid namizədi olub.
2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülüb.
2020-cu il Parlament seçkilərində 79 saylı İmişli SD-dən deputat seçilib. Parlamentin “İnsan Hüquqları” komitəsinin üzvüdür.