Xəbərlər

Putin Trampdan çəkinir? – ŞƏRH

Rusiya prezidenti Vladimir Putinin hələ 2024-cü ilin fevral ayında qarşıda ABŞ-də keçiriləcək prezident seçkilərində namizədlərdən Donald Trampı yox, Co Baydeni dəstəklədiyini bildirmişdi. Əlbəttəki Putinin bu gedişi psixaloji təsirlə siyasi nəticələrə hesablanmışdı.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

“Trampın növbəti dəfə ABŞ prezidenti seçilməsindən sonra, Rusiya prezidenti Vladimir Putininlə danışacağını, Rusiya-Ukrayna müharibəsini 24 saata dayandıracağına əminliyini bildirmişdi. Hərçənd ki, Donald Tramp səlahiyyətlərinə başlar-başlamaz 24 saat məsələsini 6 aya korrektə etdi.

Trampın Rusiyaya-Ukrayna müharibəsinin dayandırılması üçün konkret plan və təkliflər paketi olmasa da, Putinin danışıqlardan uduşlu çıxacağına əmin deyil. Trampın siyasi fəaliyyətində qeyri-ənənəvi, qeyri-adekvat və tamamilə gözlənilməz gedişləri Putin üçün də müəyyən çətinliklər və əminsizlik yaradır. Putin Trampın hansı gediş edəcəyini təxmin edə bilmir. Məhz Trampın Putininə oxşarlığı da bundadır. Trampın bu xüsusiyyəti onu Putin üçün çətin və “tanınmamış” siyasi fiqura çevirir. Heç şübhəsiz ki, Putinin qeyri-ənənəvi siyasi davranış və qərarları, onun əldə etdiyi uğurların əsasında durur” – ekspert qeyd edib.

Şərhçi əlavə edib ki, bu baxımdan Tramp Putin üçün ən real və ən çətin rəqibidir:

“Görüşə hər iki liderin hazır olduğu deyilsə də, danışıqlardan əhəmiyyətli nəticə əldə ediləcəyinə əminlik yoxdur. Nə zamansa baş tutması ehtimal edilən Tramp-Putin görüşündə ABŞ-nin oturuşmuş dövlət siyasəti ən ağır yükə malikdir. Putin Baydeni üstələyə biləcəyinə əmin olduğu halda, Trammpa münasibətdə keçilməz olduğunu bilir.

Bəzi analitiklərin fikrincə isə, Putin Trampı çaşdırır, ancaq bu inandırıcı deyil. Əminlik ondadır ki, Qərb-Rusiya qarşıdurmasından, Ukraynada müharibədən ABŞ ən uduşlu tərəfdir və Rusiya üzərində Ukrayna müharibəsi ilə strateji qələbəsini qazanıb. Rusiya isə sadəcə fiziki qələbə ilə kifayətlənə bilər. Ancaq Rusiyanın hərbi məğlubiyyəti mümkünsüz olduğu kimi də, onun sərhədləri daxilində qalacağı da mümkünsüzdür. Rusiya həmişə daxili proseslər nəticəsində xarici qüvvələrə siyasi qələbə qazandırıb. Tarix isə təkrarlanma qanunundan çıxa bilməz”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu