Deputat məsələ qaldırdı, illərin problemi həllini tapdı – İmişlidə
Milli Сəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişlidə yaşayış binalarının zirzəmisində yaranmış ciddi, sakinlərin həyatını üçün təhlükəli problemlə bağlı Baş Nazirə müraciət etmişdi.
Həmin ərəfədə deputat sakinlərlə görüşmüş, problemlə yerində tanış olmuşdu. Və bu da mediada da geniş işıqlandırılmışdı.
Artıq Nazirlər Kabineti tərəfindən problemin həll olunması ilə bağlı göstəriş verilib.
Bu barədə deputat məlumat verib:
“Seçki zamanı İmişli şəhəri, M.Əsədov küçəsi, 13 və 15 ünvanlarında yerləşən yaşayış binalarının zirzəmisində yaranmış problemlərin aradan qaldırılması üçün cənab Baş Nazirə rəsmi məktubla müraciət etmişdim.
Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə problemin aradan qaldırılması üçün tapşırıq verilmişdir.
Problem təsbit edilərək təsdiqini tapmış və bu il müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
Təşəkkür edirəm!”