Xəbərlər

ABŞ Kanadanı və Qrenlandiyanı “udsa”…

ABŞ prezidenti Donald Tramp Kanada ilə bağlı ilhaq planından əl çəkməyib. Son olaraq o, jurnalistlərlə söhbətində Kanadanın tamamilə Birləşmiş Ştatlardan asılı olduğunu vurğulayaraq, onun suveren dövlət kimi qəbul edilə bilməyəcəyini bildirib.

“Biz Kanadada hər il 250 milyard dollar itiririk. Mən bunu bir gündə dayandıra bilərəm və Kanada artıq müstəqil ölkə kimi mövcud olmaz”, – deyə Tramp qeyd edib.

Gözlənildiyi kimi, onun bu bəyanatı ABŞ-Kanada münasibətləri və iqtisadi asılılıq mövzusunda geniş müzakirələrə səbəb olub.

Məlumdur ki, Kanada ermənipərəst mövqedə olsa da, BMT-nin üzvüdür. Üstəgəl, Meksika körfəzi və Qrenlandiyaya iddialar var. Kanadanın ərazisi təxminən ABŞ qədərdir – 10 milyon kv km. Birləşmə olarsa, ABŞ-ın yeni ərazisi təxminən 20 milyon kv km olacaq ki, bununla Rusiyanı ötərək (17 milyon kv km) dünyanın həm də ərazicə ən böyük dövlətinə çevriləcək.

Sual yaranır: bu, nədir, Rusiyaya ötürülən “qol pası”, yoxsa nə? Putin də eneçə ildir suveren, BMT üzvü Ukraynaya hesabınz öz ərazini genişləndiməklə məşğul deyilmi? BMT və onun Nizamnaməsi tarixə verilir?

Çünki Trampın bu israrı dünyada daha güclülərin az güclü və zəiflərə qarşı hərəkətə keçməsi üçün stimul yarada bilər. Yəni ABŞ-a, Rusiyaya olarsa, niyə də bizə olmasın? Beynəlxalq hüquq tam olaraq çökdümü? Dünyanı nə gözləyir?

Deputat Razi Nurullayev Musavat.com-a deyib ki, ABŞ prezidenti Donald Trampın Kanadanı ilhaq etməsi planı real deyil:

52f5df81e288924f5e519891ec4ca84f.jpg (53 KB)

“Təbii ki, Kanada böyük bir dövlətdir. Dünya güclərindən hesab olunur. Kanadanın ABŞ-a birləşməsi bir qədər yüksəkdən deyilmiş arzu, bəyanat kimi qəbul olunmalıdır. Sadəcə olaraq ABŞ prezidenti bu şəkildə Kanadaya təzyiq göstərir və bunun qarşılığında Kanadadan istəkləri, tələbləri olacaq”.

Deputat Kanadanın ABŞ-a birləşdirilməsi planı üçün onillikləri lazım olduğunu deyib. Əlavə edib ki, bu planı real hesab etmir:

“Dünya düzəninin yenidən qurulması prosesi başlayıb. Rusiya bunu güc, qırğınlar vasitəsi ilə həyata keçirir. ABŞ prezidenti isə bu layihəni siyasi, iqtisadi təzyiqlər vasitəsi ilə həyata keçirmək niyyətindədir. İstənilən halda müstəqil, BMT üzvü olan ölkələrin bu şəkildə təhdid edilməsi dünya düzəninə ciddi təsir edir. Təbii ki, BMT-nin də nüfuzu baş verənlər fonunda enir.

Qrenlandiyanın pulla alınması və ya zorla ABŞ-a birləşdirilməsi, ardından Kanadaya qarşı da eyni məzmunlu bəyanat verilməsi dünyanın əvvəlki kimi olmayacağını deməyə əsas verir. Belə görünür ki, ABŞ dünyanın ən güclü dövləti kimi müəyyən məsələlərdə müdrik davranıb başqa ölkələrlə ticari əlaqələrindən xırdaçılığa yol verməyib. İndi isə ABŞ-da yeni administrasiya hakimiyyətə gəlib və bu siyasəti dəyişir. Hazırda ABŞ tərəfindən yürüdülən siyasət yeni münaqişələrin yaranmasına da gətirib çıxara bilər.

Hazırda ölkələr arasında gərginliklər elə bir həddə çatıb ki, bu da elə münaqişə ocağıdır. Hələ ki, tanklar bir-birinin üzərinə getmir. Amma yeni-yeni münaqişə ocaqları yaranmaqdadır. Ticari və iqtisadi zəmində ölkələr arasında çox ciddi münaqişələr başlayıb və bu münaqişələr dərinləşməkdə davam edir. ABŞ iqlimlə bağlı Pariş Anlaşmasından da çıxıb. Bu gediş inkişaf etmiş ölkələrin bu prosesdə iştirakına çox ciddi maneələr yaranacaq. Azərbaycanda keçirilən beynəlxalq iqlim tədbiri COP 29-la bağlı bir çox ölkələr iqlim dəyişiklikləri ilə mübarizə aparacaqları öhdəliyi götürüb. Belə çıxır ki, bu müddəanın da yerinə yetirilməsi ilə bağlı vəsait azlığı əmələ gələcək. Bu cür problemlər də ölkələr arasında münaqişələrin meydana çıxmasına səbəb ola bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu