Azad və ədalətli seçkilərin keçirilməsi şərtdir – Deputat köməkçisi
Bu gün Azərbaycanda seçkilər günüdür.
Seçkilərdə iştirak vacibdir. Ölkədə ictimai-siyasi durğunluğu dəyişmək, cəmiyyətə müsbət mesajlar vermək üçün yeganə kütləvi müstəvidir.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.
O, azad və ədalətli seçkilərin keçirilməsinin əsas şərt olduğunu vurğulayıb:
“Bu, zamanın tələbidir. Çünki ölkədə bizim nəzərə almalı olduğumuz bir səbəb var, nəsil dəyişib. Yeni gənclik yetişib. Namizəd olmaq üçün yaş limiti gəncləşdirilib. Xeyli sayda gəncin prosesdə iştirakına şərait yaradılıb. Gənclik isə inkişaf, tərəqqi deməkdir. Siyasi inkişaf üçün bu müsbət haldır.
Milli Cəbhə Partiyası olaraq bütün seçkilərdə olduğu kimi Bələdiyyə Seçkilərində də fəal iştirak edib dövlətçilik və vətəndaşlıq borcumuzu yerinə yetirdik. Vətənə, millətə xeyirli, uğurlu olsun”