Azərbaycanın Ukrayna məsələsində mövqeyi ədalətlidir – Politoloq
Azərbaycan Rusiya-Ukrayna müharibəsində beynəlxalq hüquqa uyğun olaraq siyasi mövqeyini ortaya qoyub.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Bakı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir:
“Rusiyanın Ukraynaya qarşı işğalına dəstək vermir. Məhz Azərbaycan Ukrayna ilə siyasi-iqtisadi və digər qarşılıq maraq kəsb edən sahələr üzrə əməkdaşlığı inkişaf etdirir. Prezidentlərin görüşündə AZAL təyyarəsinin müzakirə edilməsi, Kremlə mesajdır.
Bu görüş Azərbaycanın Ukrayna məsələsində obyektiv olduğunu göstərir. Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir və bütün platformalarda siyasi dəstək verir”.
Ukrayna Azərbaycan əlaqələri hər iki tərəfin milli maraqlarına cavab verir. Azərbaycan prezidenti Ukrayna prezidenti ilə daima təmasdadır və siyasi-humanitar dəstəyini əsirgəmir”.
Ekspert bildirib ki, Qərbpərəst Ermənistan, Gürcüstan, həmçinin digər üzv ölkələr Ukrayna prezidenti ilə Rusiya görə məsafə saxlayırlar:
“Ukrayna işğalla mübarizə aparır. Böyük itkilər verir. Rusiya – Ukrayna müharibəsi regionun siyasi və hərbi nizamına ciddi təsir edir. Müharibənin Rusiyanin qələbəsi ilə sona çatması Azərbaycanin milli və təhlükəsizlik maraqlarına ciddi zərbədir”.