Xəbərlər

Deputatın qəbulları davam edir – FOTO

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Məclisdə davamlı vətəndaşları qəbul edir.

R.Nurullayev Ədalət Cavadov və Qabil Rzayevi qəbul edib.

Millət vəkili vətəndaşların problemlərini dinlədiyini və aidiyyatı üzrə yönləndirdiyini bildirib:

“Elə məsələlər var ki, onu həll edə bilirik, amma elə məsələlər var ki, o bizim gücümüz və səlahiyyətimiz çərçivəsində deyil.

Q.Rzayevin məsələsi ilə bağlı onu Milli Cəbhə Partiyasının hüquq şöbəsinin müdiri və müavinim hüquqşünas Vüqar Dadaşova yönləndirdim. O, lazımi hüquqi köməklik və ərizə məsələsini həll edəcək.

Ə.Cavadovun məsələsi ilə bağlı isə xəstəxanadan xahiş edəcəyik”.

Qeyd edək ki, Razi Nurullayev davamlı olaraq parlamentdə vətəndaşları qəbul edir, həmçinin İmişliyə səfərlər edir, vətəndaşlarla görüşür.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu