Xəbərlər

İran Bəşər Əsədi ABŞ-yə satmaq üçün yollar axtarır – Ekspert

Fars və müasir İran tarixi xəyanət və riyakarlığı ilə dünya tarixində xüsusi yer tutur. Ən azı 1945-ci ildə Sovet İttifaqının köməyi ilə Cənubi Azərbaycanda qurulan Azərbaycan Milli Hökümətinə dəstəyi dayandırmaq üçün, İran şahı Məhəmməd Rza Pəhləvin Stalin qarşısında, özüdə Tehranda davranışını xatırlamaq bəs edir.

Bunu Sosdem.az-a açıqlqmasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

O bildirib ki, Keçən əsrin 90-cı illərində İran molla rejiminin Azərbaycan torpaqlarının işğalında Ermənistana dəstəyi, 44 günlük Vətən müharibəsində Cəbrayıla soxulub, ordumuzun qarşısını almağa çalışması, əsrimizin əvvəlindən İraqın, Əfqanıstanın işğalında ABŞ-a köməyi və sair sonsuz nümunələr İran fars rejiminin bütün islam dünyasına xəyanətinin sübutudur:

“Ətrafında halqanın daraldığını görən İran fars rejimi, ona xidmət edən Həmas, Hizbulla liderlərini dalbadal İsrailə qurban verdi ki, öz dərisini xilas edə bilsin. Artıq yaxın Şərqdə olan İrana aid qüvvələr, Həmas, Hizbulla və digərləri İrandan üz döndərib. Həmasın İsraillə atəşkəs razılaşması Türkiyə vasitəsi ilə baş tutdu, yəni Həmas artıq İranın ona xəyanət etdiyini və liderlərinin öldürülməsində İranın əli olduğunu anlayıb.

İran fars molla rejimi öz xəyanətkar xislətinə uyğun davranmaqda davam edir. İndi də İrana xidmət edən, devrilən və Rusiyaya sığınan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi ABŞ-a təslim etmək üçün yollar axtarır. 17 yanvarda, Rusiya İran strateji tərəfdaşlıq sazişi imzalanmaq üçün Moskvada səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın Vladimir Putinlə görüşündə Bəşər Əsədi Tehrana aparmağı istəyib. Bildiyi halda ki, öz dövlət başçısınının təhlükəsizliyini təmin edə bilməyən, Tehranda fəxri qonağı İsmayıl Haniyəni qoruya bilməyən fars molla rejimi necə Bəşər Əsədi qorumağa zəmanət verə bilər?!”

V.Dadaşov, Bəşər Əsədin bilgilərinin İranı narahat etdiyini, yaxud da Tehranın Bəşər Əsədi qurban verməklə özünün ömrünü uzatmaq istəyini güman etdiyini deyib:

“Vladimir Putin Pezeşkian istəyindən çox hiddətləndiyi barədə məlumatlar da var. İranın kimləri qurban verməsindən və verəcəyindən asılı olmayaraq İran üçün geri sayım başlayıb. Bunu bilə-bilə İran insani əxlaqdan, siyasi etika, diplomatik mədəniyyətdən daha da uzaqlaşır. Atalarımızın belə bir misalı var: “Şam yanarkən sonunda daha gur yanır””.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu