Ermənistan ABŞ-a güvənib hərbi təxribatlara əl atarsa – Ekspert
Ermənistan ABŞ strateji tərəfdaşlıq xartiyası Yerevani regionda təcrid edə bilər.
Bunu Sosdem.az-a Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan, Türkiyə ilə normallaşma prosesinə getmədən ABŞ-la “strateji tərəfdaşlıq” xartiyasıni imzalaması danışıqlar prosesində mövqeyini gücləndirməyə hesablanıb:
“Amma, bu siyasət siyasət Yerevanın əleyhinə işləyə bilər. Ermənistan tərəfi praqmatik siyasət ortaya qoyarsa, Azərbaycanla sülh müqaviləsi bağlayarsa, bu sazişin Yerevan üçün müsbət nəticələri olacaq. Amma, regionda Azərbaycanla və Türkiyə ilə düşmən siyasəti davam etdirməsi, növbəti mərhələdə İranın da bu sazişə etiraz edəcək. Həmçinin Gürcüstanın avrointeqrasiya siyasətindən imtina etməsi Yerevanın hazırkı siyasətini dəstəkləməyəcək. Rusiya da Ermənistanla iqtisadi və enerji sahəsində əməkdaşlığı aşağı səviyyəyə salacaq. Ermənistan bütün qonşularla düşmən olub, okeanın otayı ilə iqtisadi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı mümkün deyil. Ümumiyyətlə, belə bir sazişdən ABŞ-la Gürcüstan arasında bağlanıb”.
Ekspert qeydedib ki, Ermənistan hakimiyyəti eyforiyaya girib hərbi təxribatlara əl atarsa, bunun mənfi nəticələri olacaq.