Xəbərlər

Türkiyə-ABŞ-İsrail bu məsələdə razılaşıb – Şərh

“İsrail-Türkiyə müharibəsi heç bir halda mümkün deyil, ələlxüsus da Suriya üzərindən. Əvvəla, Suriyada Bəşər Əsəd rejiminin devrilməsini məhz Türkiyə və ABŞ-ın həyata keçirdiyi heç kəsə bəllidir. İsrail də baş nazir Benyamin Netanyahu səviyyəsində Suriyada Bəşər Əsəd rejiminin devrilməsinə iştirak etdiyini bildirib. Ümumiyyətlə isə, qurulmaqda olan yeni dünya düzənində İsrailin də Türkiyə olan tərəfdə olduğu sezilir. Bu isə əsas həlledici faktordur”.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

O, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra əldə olunan sənədlərin Əsəd rejimi ilə İsrail hökumətinin əməkdaşlıq etdiyini ortaya çıxardığını bildirib:

“Hərçənd ki, həmin sənədlərin möhtəbərliyi də sual altındadır. Hər bir halda, Suriyada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyənin və ABŞ birgə iştirakına heç bir şübhə yoxdur. Proseslərin Yaxın Şərqdə cəriyan etdiyi, bir başa İsrailə təsirini və ABŞ yaxın Şərqdə İsrailin ən yaxın müttəfiq olduğunu nəzərə alsaq, İsrailin Türkiyə və ABŞ-ın Suriyada Bəşər Əsəd rejimini devirmək planından xəbərsiz olması və onun istəklərinin nəzərə alınmaması heç cürə mümkün deyil.

Yəni, Suriyada Bəşər Əsəd rejimi devrilməsinə qədər, ən azı Türkiyə, ABŞ və İsrail üçlüyündə bu məsələ razılaşdırılıb, maraqlar uzlaşdırılıb, nəzərə alınıb. Demək, Türkiyə və İsrailin Suriya ilə əlaqəli müharibəsi mümkün deyil”.

V.Dadaşovun sözlərinə görə həmçinin, Türkiyə NATO-nun üzvü və blokun ən güclü ordularından biri kimi, ABŞ bu iki müttəfiqinin üz-üzə gəlməsinə yol verən deyil:

“Azərbaycan İsrail münasibətləri də Türkiyənin diqqətindədir. Həmçinin İsrail üçün də Azərbaycan Türkiyə münasibətləri.

Sözsüz ki, Türkiyə-İsrail müharibəsi İsrail dövlətinin mövcudluğu üçün real təhlükədir. ABŞ və İsrail isə buna gedən deyil. Bir vacib məqam da budur ki, hətta bu müharibə baş verdiyi təqdirdə, nəticəsindən asılı olmayaraq, regionda ABŞ-ın mövqeyi əsaslı şəkildə sarsıla bilər.

Türkiyə və İsrail müharibəsi İranın maraqlarına uyğun və demək olar ki, çox arzuolunandır. Formal da olsa, Türkiyə üçün İsrail-İran, İsrail üçün Türkiyə-İran rəqabəti sərfəlidir. Bu imkanı nə Türkiyə, nə də İsrail əldən vermək istəməz.

Qənat: Türkiyə-İsrail müharibəsi mümkün deyil”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu