Xəbərlər

Tramp hansı ölkələri gücləndirir? – ŞƏRH

“Əsaslı şəkildə silkələnən, İkinci Dünya Müharibəsindən sonra formalaşan beynəlxalq nizamın tam sıradan çıxarılmasının vacib mərhələsi başlayır. Donald Trampın ABŞ-də yenidən prezident seçilməsi və səlahiyyətlərinə başlama öncəsi Danimarkanın Qrelandiyasını tərkibinə tələb etməsi, digər narahatedici açıqlamaları dünyada beynəlxalq hüququn süqutunu, güc faktorunun isə əsas şərtə çevrildiyini qeyri-şərtsiz sübut edir”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

O bildirib ki, ABŞ-nin istək və davranışları, bütövlükdə prosesin dünya ölkələrinin təhlükəsizliyi və suverenliyi üçün real təhlükələr vəd edir, yeni dünya nizamını formalaşdırır:

“Təbii ki, ilk növbədə proseslər köhnə dünya nizamının əsas atribut və dayaqları olan beynəlxaq struktur və birliklərə inamı sarsıdacaq və bu beynəlxalq təşkilatlar əhəmiyyətlini, gərəkliyini itirəcək. Gücün haqqı beynəlxaq hüququ əhəmiyyətsiz hala gətirdiyinə, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı suquta uğrayacaq, ən yaxşı halda isə əsaslı struktur islatına gedəcək. Həqiqətən də BMT-nin əsaslı struktur islahatlarına çox ehtiyacı var. “Dünya beşdən böyükdür” – Türkiyə prezidenti Ərdoğan demişkən”.

Şərhçi qeyd edib ki, ABŞ-nin özünün rəhbəri olduğu NATO üzvlərinə təhdid və təhlükə yaratdığından NATO-nun da indiki formatda dayanacağı çox çətin görünür:

“Əlbəttə ki, ikinci dünya müharibəsindən sonra dünya nizamını tarazlayan VARŞAVA hərbi blokunun ləğvinin ardından, yeni dünya nizamında NATO-nun da eyni taleyi yaşayacağı şübhə doğurmur. Ancaq proseslər yeni tarazllayıcı hərbi blok ortaya çıxara bilsə, NATO-nun yeni reallıqlara uyğun yenilənməsi də mümkündür.

Yeni dünya nizamında iki güc mərkəzi deyil, bir neçə güc mərkəzinin, blokların yaranması istisna deyil. Donald Trampın Danimarkadan Qrelandiya tələbi Avropa Birliyi ölkələrini NATO-dan kənar müdafiə mexanizmi düşünməyə məcbur edir. Danimarka baş nazirinin bu məsələdə Aİ-nın dəstəyinə ümid etdiyini bildirib. Donald Trampın da NATO-nun özünə, onun üzvlərinə münasibəti bir mənalı deyil. Avropa ölkələrinin bəziləri də hələ Donald Trampın sözü gedən açıqlamalarına qədər, Avropanın özünün müstəqil hərbi bloka ehtiyacının olduğunu dilə gətirib”.

V.Dadaşovun sözlərinə görə Donald Trampın rəhbərliyi ilə ABŞ-nin Qrelandiya, Panama kimi tələbləri, digər dövlətlərin Rusiya və Çin ətrafında yeni birləşməsinə gətirib çıxara bilər:

“Əlbəttəki Vaşunqtonun faktiki digər dövlətlərə qarşı ərazi tələbi, onların suverenliyinə hörmətsizliyi, Rusiyanın hələ ki, Ukraynaya qarşı, İsrailin Yaxın Şərq ölkələrinə qarşı işğalçılıq müharibəsinə, Fransanın və sair ölkələrin müstəmləkə siyasətinə haqq qazandırır. Adını çəkmədiyimiz bəzi ölkələr də, beynəlxalq arenada yaranmış fürsətdən istiifadə etmək qərarına gələ bilər.

ABŞ-nin yenidən seçilmiş prezidenti Donald Trampın açıqlamalarının hansı dəhşətli domino effektli ilə dağıdıcı nəticəyə səbəb olacağını təxmin etmədiyi mümkün deyil. O da bəllidir ki, Donald Trampın narahatedici açıqlamaları özü-özlüyündə Rusiyanın əlini gücləndirir, Rusiyanın ətrafında daha çox müttəfiq və tərəfdaş cəmləməsinə zəmin yaradır. Gedişat özü böyük sual yaradır, Tranpın məqsədi nədir?

Ağ evin Qrelandiya, Panama istəkləri, əsasən özünün hökmranlığını qorumaq, xüsusən də Çin başda olmaqla bəzi ölkələrin inkişafını əngəlləmək niyyətinə söykənsə də, nəticənin bütün dünya və xalqlar üçün ağır olacağı şübhəsizdir. Bu nəticə üçüncü dünya müharibəsi ilə tarixə düşə bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu