Xəbərlər

“Rusiyanın məsuliyyətsizliyi, özbaşınalığı bu faciəyə səbəb olub” – Razi Nurullayev

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb, 40-a yaxın adam həlak olub, 20-dən çox yaralı var.

Hazırda hadisə ilə bağlı başladılan beynəlxalq araşdırma davam edir.

Mövzu ilə bağlı Big.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bildirib ki, Azərbaycan dövlətinin və prezidentinin ilk dəqiqələrdən qətiyyətli addım atması Rusiyanı fakt qarşısında qoydu və bu gün artıq məsələ Azərbaycan-Rusiya yox, dünya məsələsidir.

Prezidentin də təyyarəsinin həmin gün Sankt-Peterburqa uçduğunu xatırladan millət vəkili, dövlət başçısının geri dönməsinin və hava limanında müşavirə keçirməsinin çox gözəl hesablanmış və zamanında atılmış addım olduğunu deyib:

“Rusiyanın mülki və hərbi mütəxəssislərinin və idarələrinin səriştəsizliyi, məsuliyyətsizliyi və hətta özbaşınalığı bu faciəyə səbəb olub. Bu faciə nəticəsində biz həm də təəssüflər olsun ki, məhz ölümlərindən sonra üç milli qəhrəman qazandıq. Məhz, bu milii qəhrəmanların və bütövlükdə uçuş ekipajının professionallığı nəticəsində 29 sərnişin sağ qaldı. Bu şücaət həm də Rusiyanın planlarını boşa çıxarmış oldu. Çünki, təyyarə Xəzərə düşsəydi, izlərin itmə ehtimalı böyük idi.

Azərbaycan dövlətinin və prezidentinin ilk dəqiqələrdən qətiyyətli addım atması Rusiyanı fakt qarşısında qoydu və bu gün artıq məsələ Azərbaycan-Rusiya yox, dünya məsələsidir. Artıq əminliklə demək olar ki, məsələ şəffaf araşdırılacaq və bütün dünyanın gözü Brazıliyadadır. Faktların ortaya çıxması günahkarların cəzalandırılması üçün əsas vermiş olacaq və bu Azərbaycanın Rusiya qarşısında tələblərindən biridir”.

Deputat vurğulayıb ki, Moskvanın məsuliyyətsizliyi ucbatından Rusiya üzərində uçan onlarla təyyarə eyni faciə ilə üzləşə bilərdi:

“Unutmayaq ki, cənab Prezidentin də təyyarəsi həmin gün Sankt-Peterburqa uçurdu. Dövlöt başçısının geri dönməsi və hava limanında müşavirə keçirməsi çox gözəl hesablanmış və zamanında atılmış addım oldu.

Başqa narahatlıq doğuran məqamlar da var. Onlarla liderlərin təyyarələri Rusiya səmasında olub və olur, həm onların və həm də minlərlə sərnişinləri daşıyan təyyarələr də təhlükə ilə üzləşmə riski var.

Belə görünür ki, məsuliyyətsizlik və kordinasiyanın olmaması nəticəsində problem yaranıb və məhz buna görə də AZAL bir sıra Rusiya hava limanlarına uçmağı dayandırıb.

Yeri gəlmişkən, Qazaxıstan dövlətinə və xalqına da təşəkkür edirik. Onlar da öz qardaşlıq və insanlıq borclarını düzgün yerinə yetirdilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu