Xəbərlər

Petrosyanın “etnik təmizləmə” etirafı – ŞƏRH

Ermənistanın sabiq prezidenti, Suriya ermənisi Levon Ter-Petrosyanın 32 il öncə terrorçu təşkilat rəhbərlərinin qarşısında etdiyi çıxış üzə çıxıb.

O etiraf edir ki, Qərbi Azərbaycan əhalisi Ermənistanın böyük əksəriyyətini təşkil edib, hətta mahal və rayonların adlarını çəkərək həmin yerlərdə məhz Azərbaycanlıların yaşadığını bildirib.

Levon Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətini dilə gətirərək, “Ermənistan və Qarabağ başqa millətlərdən (Azərbaycanlılardan) təmizlənib. Bu, 600 illik problem idi”, deyib.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.

O bildirib ki, bu çıxış, Azərbaycan əhalisinin Ermənistandan deportasiya edilməsinin, etnik təmizləmənin, şovinist siyasətin birbaşa Ermənistanın rəsmi dövlət ideologoyası və siyasəti olduğunun etirafıdır:

“Fakt budur ki, Ermənistan məqsədli şəkildə etnik təmizləməyə hazırlaşıb, hərbi dəstələrin və xaricdən olan erməni terror təşkilatlarının vasitəsi ilə Azərbaycan əhalisinə qarşı etnik təmizləmə, soyqırımı həyata keçirib.

Həmçinin o dövrki prezidenti, bu çıxışı Azərbaycan xalqına qarşı soyqırımı və digər ağır cinayətlər həyata keçirmiş terrorçu dəstələrin təmsilçiləri qarşında etməklə Ermənistanın terrorizmlə nə qədər sıx bağlı olduğunu sübut edir.

Xalqımıza qarşı misli görünməmiş cinayətlər törətmiş bu kimi şəxslərin ədalət məhkəməsi qarşısında, ən azı tarixin mühakiməsi önündə məsuliyyət daşıması, layiqli cəza alması labüddür. Eyni zamanda özlərinin də etiraf etdiyi kimi Qərbi Azərbaycandan zorla çıxarılan əhalimiz öz dədə – baba yurduna qayıtmalıdır.

Petrosyan kimi mənfur fiqurların xəbis niyyətləri, işğalçı siyasətləri özlərinə qənim olacaq, olur da. Bəşəriyyətə qarşı törətmiş olduqları ağır cinayətlərin hamısının bir – bir üstü açılacaq. Petrosyan kimi canilər tarix qarşısında tələyə düşüb islanmış tülkü kimi bürüşə – bürüşə cavab verəcəklər”.

Başqan müavini, Petrosyanın bu etiraf çıxışının Qərbi Azərbaycan əhalisinə qarşı törədilmiş etnik təmizləmə və digər cinayətlərin beynəlxalq məhkəmə tərəfindən ədalətli hüquqi qiymətini alması üçün ən tutarlı fakt olduğunu bildirib:

“Eyni zamanda Paşinyan hakimiyyətinə də sərf edən amildir ki, bunu əsas tutub daxildəki müxalif qüvvələri geri oturda bilər. Həm də sabiqlərin törətdiyi cinayətlərin artıq beynəlxalq aləm tərfindən təkzibedilməz həqiqətlər kimi qəbul edildiyini elan edərək Azərbaycan ilə münasibətlərin müsbət inkişafına doğru real addımlar atsın.

Əks halda Fransa, Hindistan və İrandan silah alaraq ikili standartlarla münasibətlərdə tərəddüd etmək, sülhdən qaçmaq onun özünün də heç də Petrosyandan fərqlənmədiyini ortaya qoyacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu