Xəbərlər

Əsəd var gücü ilə Ermənistana dəstək verirdi – Deputat

Suriyada yeni hakimiyyətin atdığı addımlar məni müsbət mənada təəccübləndirir. Bəşər Əsədin törətdiyi cinayətlər isə heyrətləndirir...

Bunu sosdem.az -a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Partiya başqanı vurğulayıb ki, yeni hakimiyyətin ən müsbət cəhəti, dövlət orqanlarının fəaliyyətini dondurmamaları, qurulmuş sistemi dağıtmamalarıdır:

“Hicabı belə məcbur etmədilər. Yaxşı ki, islahatı qadınlar üzərində qurmaqla başlamadılar.

Artıq komendant saatını da ləğv etdilər. Xeyirlisi olsun. Təki Suriyaya da sülh və əmin-amanlıq gəlsin”.

Deputat Bəşər Əsədin sağlığında ədalət məhkəməsi qarşısında dayanacağına və törətdiyi cinayətlərə görə cavab verəcəyinə ümid etdiyini deyib:

“Həm də haqsız tərəflərin dəstəkçisi olan bir rejim də yıxıldı. Azərbaycan torpaqlarını Ermənistan işğal etmişdi, dini ocaqlarımızı, məscidlərimizi təhqir etmiş və orada donuz saxlamışdı, müsəlman Bəşər Əsəd də var gücü ilə Ermənistana dəstək verirdi. Belə vicdansızlıq unudulmaz!”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu