Hər gün “Fərəc duası” oxuyan Dəccal – Tural İrfan
“Hər gün “Fərəc duası” oxuyub İmam Mehdini çağıran fars molla rejiminin dəstək verib 13 il qoruduğu dövrün Yezidi, terrorbaşı Əsədin müsəlmanlara qarşı törətdiyi cinayətlərin misli- bərabəri yoxdur”.
Bunu sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.
O bildirib ki, belə bir qəddar, vəhşini dəstəkləyənlər nəinki müsəlman, heç insan ola bilməz:
“Adam rəsmən yer üzündə Cəhənnəm hazırlayıb müsəlmanları 20,30,40 illərlə yandırıb, doğrayıb, yerin altında saxlayıb. Həbsxanalarda adamları diri – diri qaynatdıqları böyük qazanlar, məngənələr, adam presləmə maşınları və nə dəhşətlər üzə çıxır…
Minlərlə qızın həbsxanalarda zorlanaraq qeyri-rəsmi uşaq dünyaya gətirdiyi məlum olub. Bunun fəlsəfəsini yazmıram ki, bu nə məqsəd daşıyırmış…
Əsəd İranla birgə İmam Mehdinin gəlişini tezləşdirmək üçün rəsmən müsəlman soyqırımı edirmiş? Əhli Beyt, Həzrət Zeynəb obrazı arxasında gizlənib müqəddəs ziyarətgahları terror mərkəzlərinə çevirən Əsəd, fars rejimi ilə müştərək Yezidin belə etmədiyi cinayətləri, qəddarlıqları müsəlman əhalinin başına gətirib”.
T.İrfan bildirib ki, nə Firon, nə Hitler, nə Yezid, nə Həccac müsəlmanlara bu cür vəhşət yaşatmayıb:
“Bunu tarix sübut edir. Fars molla rejiminin Əsədi dəstəkləməsinin yeganə və əsl səbəbi müsəlmanlara belə divan tutması olub. İkinci variant sadəcə bəhanədir. Fars rejimi uyğur problemində Çinin, Kəşmir məsələsində Hinsitanın, Suriya məsələsində Rusiyanın, keşmiş Qarabağ problemində Ermənistanın yanında olub. Əfqanıstan, İraq işğal ediləndə ABŞ ilə eyni funksiyanı icra edib.
Əsədlə İranın müştərək şəkildə icra etdikləri bu vəhşət İsrailin Qəzzada törətdiyini unutdurdu.
Bir azda keçsə idi Suriyada rəsmən müsəlman qalmayacaqdı və bütöv şəkildə təhvil verəcəkdilər.
Sadəcə Allahın iradəsi, Türkiyənin dəstəyi, möminlərin səyi nəticəsində Dəccal yıxıldı. Hələ elə dəhşətlər var ki, nə yazmaq olur, nə paylaşmaq olur, nə danışmaq olur…”.