Xəbərlər

Gürcüstanda hadisələri Azərbaycana təsirsiz ötüşməyəcək: “Qərb hakimiyyəti ələ keçirtsə…”

“Gürcüstanda baş verən etiraz aksiyalarını artıq inqilabın işartısı kimi də qiymətləndirmək olar. Bir neçə gündü, artıq ölkənin baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı ilə danışıqların dayandırılması ilə bağlı açıqlamasından sonra etirazlar kütləvi hal alıb. Prezident Salome Zurabaşvili də bu etirazlara rəhbərlik edir. Demək olar ki, prezident hökumətə qarşı müxalifət mövqeyində qərbin təlimatlarını yerinə yetirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Cəbhə Partiyasınln başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, bu etirazlar “Gürcü Arzusu”nun devrilməsinə hesablanıb:

“Qərb də prosesləri koordinasiya edir. Cənubi Qafqazda Qərbin həyata keçirtmək istədiyi bu inqilab ssenarisi region ölkələrinə, həmçinin Azərbaycana təsirsiz ötüşməyəcək. Azərbaycan Gürcüstanda siyasi sabitliyin bərqərar olmasında maraqlıdır. Gürcüstan Azərbaycanın strateji tərəfdaşı və qonşudur, eyni zamanda, strateji layihələr onun üzərindən həyata keçirilir. İki ölkə arasında əlaqələrin inkişafi mühümdür.

M.Əsədullazadənin sözlərinə görə, Gürcüstanda hökumət Avropa İttifaqı ilə bağlı geri addım atmazsa, proseslər daha da böhrana sürüklənəcək:

” Hökumət devrilsə, Salome Zurabaşvili tam səlahiyyətlərə malik olsa, müxalifət qalib gəlsə, qərb Gürcüstan üzərindən həm regiona, həm də Azərbaycana müəyyən təzyiqlər göstərməyə cəhd edə bilər. Ümumiyyətlə, Gürcüstan da hər zaman Azərbaycanla normal münasibət saxlamağa məhkumdur. Ancaq əlbəttə ki, ölkədə siyasi xaosun davam etməsi qonşu ölkələri də müəyyən qədər narahat edir. Gürcüstanda baş verənlər daxili məsələdən çıxıb, artıq regional xarakter daşıyır. Azərbaycan prosesləri yaxından izləyir və ona uyğun addımlar atılacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu