Xəbərlər

Deputat parlamentdə qazilərin problemlərindən danışdı – 80 manatla mümkün deyil

Bu gün əlillik tələbi ilə müraciət edən onlarla qazimiz var. Onlarla danışmaq, nəyisə izah etmək demək olar ki, mümkün deyil. Çünki, onların canı ağrıdığına görə, psixoloji travma və ehtiyac ucbatından əlillik haqqının olduğuna inanırlar.

Bunu Milli Məclisdə 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili parlament tribunasından azı 4-5 dəfə yaralanmış, psixoloji travma almış və hələ də müalicəsi gedən müharibə iştirakçılarına 2-3 illik aylıq müavinət təyin olunmasını təklif etdiyini deyib:

“Bu gün də buna ehtiyac duyuram. Çünki, onların müalicəsi dövlət tərəfindən aparılsa da, amma yaşayış, ailə, dərmanların alınması, nəqliyyat və digər xərcləri var. O, xərcləri aldıqları 80 manatla ödəmək mümkün deyil axı. Onun üçün də 80 manatın iki dəfə artırılması ilə bağlı ehtiyac və tələb var.

Bununla bağlı verdiyimiz suallara hökumət üzvləri komitə müzakirələrində də cavab vermədilər”.

MCP başqanı qazilərin işsizlik problem ilə bağlı da təklif verib:

“Demək olar ki, böyük əksəriyyətin ali təhsili yoxdur və bu onların yaxşı işə düzəlməsinə imkan vermir. Bu təkıifi iki dəfə səsləndirmişəm və yenə də təklif edirəm. Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəzdində bir-iki illik təhsil proqramları yaradılsın. Hökumət buradan irəli gələn məsələləri həll edə bilər. Bu sosial narazılıqların aradan qaldırılmasında əsaslı rol oynayardı. Bu məsələyə də fikrinizi öyrənmək istərdim”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu