Xəbərlər

Valyutadəyişmə məntəqələrinin azlığından şikayət edirlər – DEPUTAT

Zaman-zaman bəzi vətəndaşlar valyutadəyişmə məntəqələrinin az olması ilə bağlı narazılıqlar edir.

Bununla bağlı Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib ki, vətəndaş istənilən bankda valyutasını mübadilə edə bilər:

“Elə yerlər var ki, orada bank yoxdur və ya məsafə uzaqdır, turistlərin də Azərbaycana gəlməsini nəzərə alsaq, yəqin bununla bağlı müəyyən addımlar atılacaq. Bildiyimə görə, müəyyən işlər də aparılır. Amma insanların valyutadəyişmə məntəqələrinin çox olmasını tələb etmə ənənəsi 1990-cı illərə əsaslanır. Həmin illərin əvvəllərində demək olar, bir küçədə yanaşı 10-15 məntəqə var idi. İnsanlar daha asan yolla valyuta dəyişə bilsələr də, bu, həm də şəffaflıq problemi yaratmışdı. Məhz buna görə manatın devalvasiyasından sonra valyutadəyişmə məntəqələri bağlandı”.

Millət vəkili hazırda Mərkəzi Bankda islahatlar aparılıdığını deyib:

“Yeni rəhbərlik gələndən sonra xeyli islahatlar aparılıb və müsbət nəticələri də görə bilirik. Ümid edək ki, maliyyə pozuntularının qarşısı alınmaqla, şəffaflıq yaratmaqla Azərbaycanın müxtəlif yerlərində ehtiyac olan hissələrdə valyutadəyişmə məntəqələrinin açılmasına icazə veriləcək. Bununla bağlı prosedurlar da asan deyil, şərtlər ağırdır. Hər halda, dünyanın müxtəlif ölkələrində olan biri kimi deyə bilərəm ki, oralarda da hər yerdə valyutadəyişmə məntəqələri yoxdur. Əksəriyyətində demək olar ki, ancaq hava limanlarında olur. Azərbaycanda isə bu istiqamətdə tələblərin sadələşdirilməsi mümkün olsa, insanlar üçün yaxşı hal olardı”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu