Xəbərlər

“COP29 yeni perspektivlərin başlanğıcıdır” – Ehtiram Mehdiyev

Hər bir azərbaycanlı dövlət əhəmiyyətli və tale yüklü məsələlərdə dövlətin yanında olmalı, ölkənin maraqlarına xidmət etməlidir.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyimiz ölkəmiz üçün həqiqətən böyük uğurla yanaşı, həm də yeni perspektivlərin başlanğıcıdır:

“COP29 beynəlxalq əhəmiyyətli bir tədbir olduğu üçün bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana yönələcək. Artıq bir ildir bu istiqamətdə çox uğurlu işlər gedir. Bir neçə gündən sonra dünyanın ürəyi Azərbaycanda döyünəcək. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə həm siyasi, həm də iqtisadi əhəmiyyətini daha da artıracaq. Bu sevindirici və qürurverici haldır. Niyə sevinməyək? Dünyanın hər yerindən gələcək 80 minə yaxın qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər edəcək, düşmən tərəfindən dağıdılmış ərazilərin mövcud vəziyyəti ilə tanış olacaq.

Təəssüflər olsun ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsini həzm edə bilməyənlər arasında “sapı özümüzdən olan baltalar” da var. Onlar bütün dövrlərdə ölkəmizə “düşməndən artıq düşmən” olublar. Tədbir öncəsi insanları sosial media vasitəsilə aksiyaya çağırmaq, şəhərin mərkəzində itaətsizlik mühiti yaratmaq və baş verən hadisələrə monitor arxasından tamaşa etmək onların köhnə adətidir. Belə ünsürlər azərbaycanlı adını daşıya bilməz”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu