Xəbərlər

Milli Cəbhə Partiyasının BƏYANATI

Avropa Parlamenti “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə qəbul edib.

Milli Cəbhə Partiyasi birmənalı şəkildə bəyan edir ki, bu qətnamə ciddi qəbul edilməyəcək səviyyədə qərəzlidir, qəbuledilməzdir.

Məsələn qətnamədə Azərbaycanda insan hüquqları sahəsində problemlərə toxunulur. Lakin niyəsə qətnamədə Azərbaycan xalqının 30 il ərzində Ermənistan tərəfindən pozulan, taptanan hüquqları məsələsinə toxunulmur. Milli Cəbhə Partiyası bu cür ikili yanaşmaların real olaraq Azərbaycanda insan hüquqlarının qorunmasına və demokratik inkişafa töhfə verməyəcəyini, əksinə vəziyyəti daha da ağırlaşdıracağına inanır. Çünki, qətnamənin mətni o qədər qüsurludur ki, qərəz tam olaraq açıq-aydın görünür.

Ermənistanın 30 illik torpaqlarımızı işğalda saxlaması şəhər və kəndlərimizin dağıdılması, xalqımızın tarixi, dini, mədəni irsininə qarşı vandalizm, qaçqın, köçkün düşmüş bir milyondan artıq soydaşımızın iztirab dolu həyatı, hüquqlarının tapdanması bu qətnaməni qəbul edənləri heç narahat etmir.

Əksinə qətnaməni oxuyanda adama elə gəlir ki, guya işğalçı, yuxarıda sadalanan vəhşilikləri edən Ermənistan yox, Azərbaycandır.

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan əhalinin uzunillik məhrumiyyətlərə məruz qalaraq ciddi şəkildə hüquqlarının pozulmasına hər zaman soyuq yanaşan Avropa Parlamenti indi də ənənəsini davam etdirərək diqqəti fərqli istiqamətə yönəltmək cəhdi ilə demokratik dəyərlər və insan haqları mövzusunda növbəti ədalətsizliyini nümayiş etdirib.

Zatən onlar ilk günlərdən açıq bəlli etdilər – 44 günlük Vətən müharibəsi, antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsini qəbul, həzm edə bilmədiklərini.

Milli Cəbhə Partiyası bir daha bəyan edir ki, Qarabağ məsələsində belə bir qərəzli, ədalətsiz, Azərbaycanın haqqlı mübarizəsini, zəfərini inkar edən qətnaməni nəinki Azərbaycan cəmiyyəti qəbul etməz.

Onu da qeyd edək ki, Azərbaycan əleyhinə qəbul edilən bu Qətnamə heç bir hüquqi qüvvəyə və nəticələrə malik deyil. Qəbul olunan sənəd ancaq siyasi təzyiq və təsir vasitəsi kimi, Azərbaycan dövlətinə, xalqına diktə cəhdinin uğursuz nəticələrinin psixoloji bəhrəsidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu