Xəbərlər

Mina təmizləyənlərin sosial həyatı yaxşılaşdırılsın – DEPUTAT

Mina təmizləyənlər müqəddəs işlə məşğuldurlar. Həm öz adımdan, həm rəhbərlik etdiyim Milli Cəbhə Partiyası adından ANAMA rəhbəri hörmətli Vüqar Süleymanova, ANAMA-nın bütün rəhbər heyətinə, bütün işçilərinə, mina təmizləyənlərə ürəkdən təşəkkür edirəm. Onlar həyatlarını təhlükəyə ataraq minaları təmizləyirlər.

Bunu Milli Məclisdə çıxışı zamanı Milli Cəbhə Partiyası-nın başqanı, deputat Razi Nurullayev deyib. O, mina təmizləyənlərin maddi, sosial həyatının yaxşılaşdırılması üçün təkliflərlə çıxış edib:

“Bir dəfə çıxışımda təklif etmişdim ki, mina təmizləyən zaman həlak olanlara “Şəhid” statusu verilsin. Bu məsələ kifayət qədər qaldırılıb amma, qanuna salınmayıb. Belə məsləhət olubsa mən də bu məsləni uzatmaq istəməzdim alakin, şəhidlik statusu verilsəydi ədalətli olardı. Cəmi bir nəfər, İsayev Raqif Deputat oğlu mina təmizləyən zaman həyatını itirib. Bu məsələ niyə müsbət həllini tapmasın ki?”.

Deputat mina təmizləyənlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində daha geniş addımlar atılmasının vacibliyini vurğulayıb:

“Hələ minalar çoxdur. Bu sahədə həvəsləndirməyə, qayğıya ehtiyac var. İkinci oxunuşda konkret maddələr üzrə imkan olacaqsa təkliflərimi deyərəm. Hazırda xahişim “şəhid” statusunun təminatı, yaxud ona bərabər tutulan maddi imkanların yaradılmasıdır.

Qeyd edim ki, bu günə qədər mina təmizləmə əməliyyatı zamanı 11 nəfər xəsarət alıb. O qədər də böyük rəqəm deyil, büdcə üçün böyük yük yaratmır. Onların da ailələri, övladları, gələcəkləri var. Ən azından onların ailələri, övladları ilə bağlı bir sosial yanaşmanın olmasını vacib hesab edirəm”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu