Xəbərlər

Vətəndaş 7% icra ödənişindən hansı hallarda azaddır? – HÜQUQŞÜNAS

Bu gün vətəndaşları narahat edən məsələlərdən biri də məhkəmə qərarının icrası üçün 7% həcmində pul ödənişidir. Bəs hansı hallarda borclu icra şöbəsinə 7% ödənişdən azad edilir?

Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, Hüquq Şöbəsinin müdiri Vüqar Dadaşov deyib ki, cavabdeh, 10 gün müddətinə məhkəmə qərarı ilə müəyyən edilmiş icra vərəqi üzrə tələbləri icra edərsə, ondan 7% miqdarında icra ödənişi tutulmur:

“Qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilməsi üçün müvafiq İcra və Probasiya Şöbəsinə yönləndirilir. İcra məmuru cavabdehə 10 gün müddətində məhkəmə qərarını könüllü şəkildə icra etməsi üçün bildiriş ünvanlayır. Əgər cavabdeh, 10 gün müddətinə Məhkəmə qərarı ilə müəyyən edilmiş icra vərəqi üzrə tələbləri icra edirsə, 7% miqdarında icra ödənişi tutulmur”.

Hüquqşünasın sözləərinə görə, həmçinin, məhkəmə qərarı üzrə icra vərəqəsi icraya yönəldilənə qədər borclu tərəfindən icra edilərsə, o halda da icra ödənişi tutula bilməz:

“Əgər, borclu (cavabdeh) həmin 10 gün müddətində məhkəmə qərarını icra etmirsə, o halda icra məmuru məcburi icra tədbirləri görür. Borclunun gəlirləri, əmlak vəziyyəti barədə sorğular verilir. Əgər icra məmuru müəyyən edirsə borclu ödəniş qabiliyyətli deyil və ya qərarın icrası mümkün deyil, o halda icra məmuru öz qərarı ilə icra vərəqəsini geri qaytarır. Bu halda da borclu 7% icra ödənişi etmir”.

Borclu ilə tələbkar arasında razılaşma əldə edilərsə, tələbkar icra vərəqinin geri qaytarılması üçün icra şöbəsinə müraciət edərsə, bu halda da icra məmuru borcludan 7% icra ödənişi tələb edə bilməz”.

Vüqar Dadaşov bildirib ki, icra haqqında qanunun 78.1-ci maddəsinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu