Xəbərlər

Razi Nurullayevdən elektrik enerjisi ilə bağlı TƏKLİF

Bəzi binalarda, evlərdə təbii qaz yoxdur. Lakin, həmin binalar və evlər də hər kəs kimi elektrik enerjisinə görə bərabər tarif ödəyir.

Bunu parlamentdə çıxışı zamanı Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.

O, bildirib ki, bu məsələ ciddi narazılıq yaradır və bununla bağlı xeyli müraciətlər alıb:

“Elə deputatı olduğum İmişlidə də belə binalar və yerlər var. Səbəb isə binalar tikilən zaman təbii qaz infrastrukturunun nəzərə alınmamasıdır. Amma bu, vətəndaşın günahı deyil ki. 

Mən araşdırdım və gördüm ki, bir sıra ölkələrdə bunlar nəzərə alınıb və bu tip binalarda yaşayanlara elektrik enerjisi güzəştli tariflərlə satılır. Obyektiv səbəblərdən təbii qazla təmin olunmayan bina və evlərdə yaşayanların güzəştli şərtlərlə elektrik enerjisi ilə təmin olunmasını təklif edirəm. Qarşıdan qış gəlir və havalar artıq soyuyib. Bu məsələnin tez bir zamanda müzakirəsinin keçirilməsini vacib bilirəm. Həm də aidiyyəti dövlət orqanlarının, o cümlədən Nazirlər Kabinetinin bu məsələ ilə bağlı mövcud durum, gələcək planlar haqqında bizə də məlumat verməsini xahiş edirəm”. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu