Xəbərlər

Dini təhsildə dünyəvi fənlərin tədrisi vacibdir – İLAHİYYATÇI

Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda respublika elmi-praktik konfransında iştirak edib.

Məruzə ilə çıxış edən ilahiyyatçı, dini təhsildə dünyəvi fənlərin tədrisinin vacib olduğunu qeyd edərək, din-dövlət münasibətlərinin həmişə qaydasında olması üçün dini təhsil müəssisələrində lazımi proqramların hazırlanmasının zəruriliyinə diqqət çəkib.

T.İrfan həmçinin Azərbaycan İlahiyyat İnstitutunun xalqımız, dövlətimiz üçün əvəzsiz sərvət olduğunu, bu institutun məzunlarının dövlətçi, vətənpərvər, mötədil ilahiyyatçı ruhda yetişdiyini, bu mənada digərlərindən fərqləndiyini vurğulayıb.

Konfransın yekununda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Tural İrfana sertifikat təqdim edib.

Qeyd edək ki, oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda respublika elmi-praktik konfransı işini panellərlə davam etdirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu