ABŞ niyə İsrailə verdiyi silahlardan Ukraynaya da vermir?
Pentaqon ABŞ prezidenti Co Baydenin qərarı ilə THAAD raketdən müdafiə sistemlərinin batareyasını İsrailə göndərəcəyini açıqlayıb. Bu qərar İranın İsrailə qarşı “görünməmiş hücumlarından” sonra verilib. THAAD raketdən müdafiə sistemləri səsdən sürətli İranın ballistik raketlərini vurmaq imkanlarına malikdir. Amma, Vaşinqton Ukraynaya bele bir sistemlər göndərmir. Niyə?
Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, buna səbəb Ukraynanın Vaşinqtonda “yəhudi lobbisi” kimi güclü lobbisinin olmamasıdır:
“İsrailin təhlükəsizliyi və müdafiəsini gücləndirmək üçün “Yəhudi lobbisi” prezidentin bu kimi qərarlar qəbul etməsinə təsir göstərir.
ABŞ Yaxın Şərqdə yeni siyasi nizam yaradır və İranın proksi qüvvələrinin sıradan çıxarılmasına çalışır. Yaxın Şərqdə siyasi nizam yaradan Vaşinqton Şərqi Avropada da eyni ssenarini tətbiq edib. Rusiya Ukrayna müharibəsi də eyni prosesin tərkib hissəsidir. Rusiyanin zəiflədilməsi üçün beynəlxalq müstəvidə tək qütblü sistemin möhkəmlənməsi üçün Ukrayna bataqlığı təşkil edib. Amma, Ağ Ev Rusiyanın cilovlanması üçün əməli addımlar atmır. Sanki, Ukraynanın bir dövlət kimi məhv edilməsini gözləyir.
Vaşinqton THAAD raketdən müdafiə sistemlərindən Ukraynaya verib, Rusiyanın kütləvi raket hücumlarından mülki infrastrukturu qoruya bilərdi. Yenə də gec deyil, amma Vaşinqtonda lobbi qurupu olmalıdı ki, Kongresdə və Ağ Evde oturanlara təsir etsin”
Politoloq bildirib ki, ABŞ-ni Ukraynanın dağıdılması narahat etmir, Vaşinqton Rusiyanın resurs itirməsində, zəifləməsində maraqlıdır:
“Ukraynanın ABŞ siyasi sisteminə təzyiq edən yəhudilər kimi lobbisi olmadığına görə bu dövlət Rusiyanın işğalına məruz qalmalıdır?! Axı, Ukrayna sizin təqdim etdiyiniz Avrointeqrasiya siyasətini seçib. Görünür, Vaşinqton üçün Ukraynanın dağıdılması maraqlı deyil, Rusiyanın resurs itirməsi maraqlıdır. Bu, ikili standartdır. Sonra da Azərbaycanı mövqe seçməməkdə iddiham edirlər. Azərbaycanın müstəqil və manevr siyasəti var”.