Xəbərlər

Geyim əxlaq meyarı deyil. Lakin… – İLAHİYYATÇI

Geyim əxlaq meyarı deyil. O qədər “abırlı” geyinib əxlaqsızlıq edən var ki… Eləcə də müasir geyinən o qədər əxlaqlı adam var ki…

Xulq – xasiyyətdir, xislətdir, keyfiyyətdir. Onu təkcə geyimlə məhdudlaşdırmaq cahillikdir. Baxış bucaqları var. Afrikada ölkələr var ki, təkcə övrət yerlərini örtüb qalan yeri açıq gəzirlər. İndi onlar əxlaqsızdır? Xeyr! Onların baxış bucağında o formanın özü millilik, normallıq nümunəsidir. Orada bu geyimdə olan qadın haqqında əxlaqsız desən adamı diri-diri yeyə bilərlər.

Açıq-saçıq geyinənlərin hamısını əxlaqsız kimi şərləmək İslam hüququna görə iftira hökmündədir və iddia 4 şahidlə isbat olunmalıdır. Əgər olunmasa ağır cəzası var. Təbii ki, dövlətimiz hüquqi və dünyəvi dövlət olduğu üçün ölkə qanunlarına görə də böhtana görə, şəxsin şərəf və ləyaqətinin alçaldılmasına, ictimai nüfuzuna xələl gətirməyə yönəlmiş ifadə və hərəkətlərə görə müvafiq məcəllələrdə cəza və cərimələr nəzərdə tutulub.

Geyim tərzləri ölkələrə, xalqların adətlərinə, dövrə, müasirliyə görə dəyişir. Çox millətin öz milli geyim forması var. Hindistanda qadınların milli geyim formalarının çoxunun qarnı, göbəyi açıqdır. İndi onlar əxlaqsızdır? Qətiyyən belə deyil. Belə iftiralara qarşı onların daha sərt cəzaları var.

Ancaq ümumi olaraq hər bir halda dinimizi, milli adətlərimizi, mentalitetimizi nəzərə alaraq deyə bilərik ki, ölkəmizdə qadınlar abırlı geyinməlidirlər. Çünki abırlı geyim əxlaq göstəricisi olmasa da alicənablıq, kübarlıq, zadəganlıq nişanəsi və ən əsası da dinimizin göstərişidir.

Tural İrfan – Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu