Xəbərlər

Deputatdan parlamentdə “söyüş-təhqir”lə bağlı TƏKLİF

Oktyabrın  4-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Cəbhə partiyasının başqanı, deputat, komitə sədrinin müavini Razi Nurullayev iclasda gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirib.

Deputat şikayətçilər və şikayət məktubları ilə bağlı danışaraq qeyd edib ki, konkret nəticələrə söykənən işin aparılması, şikayət və məktubların dövriyyədən çıxarılması, yəni vətəndaşlarda məmuniyyətin yaradılması üçün yeni üsullardan istifadə edilməlidir:

“Şikayətçilər, şikayət məktubları, o cümlədən deputatlara və komitəyə daxil olan məktublarla bağlı məktub sahiblərinin iştirakı ilə dövlət orqanları ilə bərabər görüşlərin keçirilməsi və bəzi təkrar şikayətlərə birdəfəlik həll olunması məsələsinə baxılmalıdır”

Deputat sosial şəbəkələrdə söyüş və təhqirlərlə bağlı da təklif irəli sürüb:

“Aidiyyatı dövlət qurumları ilə görüşlər keçirib təcrübə və təkliflərin paylaşılması, bu sahədə nəticəyə nail olmaq üçün də konkret təkliflər müzakirə olunmalıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu