Xəbərlər

Sahilləri zibillənməkdən kim, necə qoruyur? – DEPUTAT

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev paytaxtda, dəniz sahillərində keçirilən kütləvi təmizlik aksiyalarını alqışladığını bildirib.

Deputat, təmizlənən ərazilər bir də tullantılarla çirklənərsə ciddi məyusluq yaradacaq, deyib:

“Maraqlıdır, kim, necə nəzarət edəcək ki, həm müəssisələr, həm də fərdi insanlar məsuliyyət hiss etsinlər? Axı niyə məsuliyyət hiss etməyək? Məgər hamımız bu şəhərdə yaşamırıq? Kimsə öz yaşadığı evi zibilləyərmi?”

Qeyd edək ki, “Xəzəri qoruyaq” devizi altında Novxanı sahilində kütləvi təmizlik aksiyası keçirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu