Xəbərlər

Yetim qalmış Yardımlı – Vüqar Dadaşov YAZIR

Yardımlının nə mineral suları, nə təbiəti, nə insanları…

Bir neçə gündür ki, Kəlbəcərdən “İstisu” mineral suyunun istehsalına başlanılıb,  sartışı da çıxarılıb. Kəlbəcər işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinin aparılması, məskunlaşma, istehsal müəssisələrinin yaradılması əlbəttəki, çox sevindirici, qürurvericidir və buna görə də dövlətimizə minnətdarıq.

Mənsub olduğum Yardımlı rayonu nə təbiətinə, nə mineral sularına görə heç də Kəlbəcərdən geri qalmır.

Ancaq nədənsə, Yardımlının nə mineral suları, nə təbiəti, nə insanları sanki heç kimə lazım deyil. Yardımlı yetim kimi, əllərə baxır, dotasiya dilənir. Yardımlıda məskunlaşma yox, yardımlıların sürətli köçü davam edir. Axı rayonun daxili imkanları hesabına əhalisinin məşğulluğunu təmin etməklə, köçün qarşısını almaq olar. Bəs, bu məsələyə niyə baxılmır?

Yardımlı niyə unnudulub?!

Vüqar Dadaşov – Milli Cəbhə Partiyasının başqan müavini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu