Xəbərlər

Razi Nurullayev İmişlidə kollec açılmasını təklif edib

Milli Cəbhə Partiyasının (MCP) sədri, 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayev təbliğat-təşviqat kampaniyasını davam etdirir. 

“Cebheinfo.az” xəbər verir ki, namizəd növbəti dəfə İmişli seçiciləri ilə görüşüb. O, ölkənin səhiyyə sisteminin yaxşılaşdırılması üçün təkliflər verib. 

Razi Nurullayev dövlətin səhiyyə siyasətinin dəyişməsi ilə bağlı məsələni bir neçə dəfə parlamentdə qaldırdığını deyib. Namizəd İmişlidə və digər bölgələrdə tibb məntəqələrinin sayının artırılmasını təklif edib. MCP sədri İmişlidə kollecin açılması təklifi ilə də çıxış edib: 

“İmişlidə yaxşı bir kollecin açılması üçün əlimdən gələni edəcəyəm. O kollecdə yaxşı fakültələr olmalı və insanlar təhsil almalıdırlar. Hər bir ölkənin gələcəyi onun təhsilində və səhiyyəsindədir”. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu